Tunc və ilk dəmir dövrləri arxeologiyası şöbəsi

Tel.  (+994 12) 5108419 
Faks  
Elektron poçtu muzaffarhuseynov@yahoo.com  
Struktur bölmənin rəhbəri Vəli Hüseyn oğlu Əliyev 
İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  Tunc və ilk dəmir dövrləri abidələrinin tədqiqi 
Əsas elmi nəticələri

Azərbaycanda ilkin şəhərlərin formalaşması və şəhər mədəniyyəti probleminin tədqiqi:

Kür-Araz mədəniyyəti abidələrində aparılan arxeoloji tədqiqatlar nəticəsində bu mədəniyyətin Azərbaycan ərazisində eneolit dövrünün davamı kimi meydana çıxması və digər qonşu ərazilərə yayılması elmi əsaslarla sübuta yetirilmişdir:

Azərbaycanda boyalı qablar mədəniyyətinin tədqiqi nəticəsində orta tunc dövrü mədəniyyətinin xarakterik xüsusiyyətləri araşdırılmışdır.

Son tunc-ilk dəmir dövrü abidələrində aparılan geniş miqyaslı arxeoloji tədqiqatlar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinin yaranması və yayılma arealı müəyyənləşdirilmişdir:

Azərbaycanda tunc və ilk dəmir dövrü qəbir abidələrində aparılan arxeoloji tədqiqatlar nəticəsində bəhs edilən dövrdə Azərbaycan ərazisində müxtəlif tipli qəbir abidələri(kurqanlar, daş qutu qəbirlər, torpaq qəbirlər, katakombalar və s.) və dəfn adətləri və onların xarakterik xüsusiyyətləri müəyyən edilmişdir.