Molekulyar maqnetiklər və keçiricilər laboratoriyası

Tel. (+994 50) 5456194,
(+994 12) 5108592
Faks (+994 12) 5107442 
Elektron poçtu laboratory_11@kqki.science.az
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor

Əjdər Əkbər oğlu Məcidov 

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Molekulyar  maqnetik  və molekulyar keçirici xassəli yeni materialların alınması üçün keçid metallarının  azot-, oksigen-  və  kükürd  tərkibli  liqandlarla  yeni daxili kompleks birləşmələrinin  sintezi  və  tədqiqi. 
Əsas elmi nəticələri İlk dəfə olaraq metalların tərkibində stabil radikal qrupları olan laqandlarla kompleks birləşmələri alınmış, onların metallik və kristal quruluşu öyrənilmiş, paramaqnit mərkəzlər arasında məsafə müəyyən olunmuş, spin mərkəzləri arasında qarşılıqlı mübadilə enerjisi hesablanmış və qiymətləndirilmişdir. Göstərilmişdir ki, metal-xelat komplekslərin əksəriyyətində metal-radikal məsafələri 0.5 nm-dən çoxdur. Müəyyən olunmuşdur ki, radikal mərkəzin (nitroksilin) metalın (misin) koordinasiya mərkəzinə daxil olması onun oksidləşmə-reduksiya reaksiyaların¬da aktivləşməsinə gətirib çıxarır.

Tərkibində fəza hərəkəti çətinləşdirilmiş fenol olan şiff əsaslarında koordinasiya olunmuş liqandlarda oksidləşdirici C-C qoşulma reaksiyası tapılmışdır. Son illərdə koordinasiya olunmuş liqandlarda oksidləşmə-reduksiya reaksiyaları: koordinasiya olunmuş azometin qrupunun reduksiyası və aminobenzil qrupunun oksidləşməsi öyrənilmişdir. Göstərilmişdir ki, azometin rabitəsinin borhidridlə reduksiyası reaksiyasının sürəti birinci keçid sırasında metalın atom nömrəsinin artması ilə azalır. Bu kompleks birləşmələrin stabilliyinin artması Urving-Vilyams sırasina uyğundur.

Aromatik o-hidroksibenzilaminin metal komplekslərində benzilamin qrupunun oksidləşmə-dehidrogenləşmə reaksiyası dörd və beş koordinasiylı birləşmələrdə müşahidə olunur. Oktaedrik komplekslərdə bu müşahidə olunmur. İlkin komplekslərin və OD reaksiyası məhsullarının rentgenstruktur tədqiqi göstərir ki, OD kompleksəmələgəlmə prosesində baş verir.

Metal nitratları ilə iki və çoxatomlu spirtlərin qarşılıqlı təsirindən nanotozların hidrotermal oksidləşmə-reduksiya üsulu ilə alınması metodikası işlənib hazırlanmışdır. Digər üsullardan fərqli olaraq bu üsul eyni zamanda təmiz metal, metal oksidləri, hidroksidlər və karbonat tozları olan kompozitlərin alınmasına imkan verir.