Analitik kimya laboratoriyası

Tel. (+994 12) 5108592 
Faks (+994 12) 5107442 
Elektron poçtu laboratory8@kqki.science.az
Struktur bölmənin rəhbəri Kimya üzrə fəlsəfə doktoru

Aydın Paşacanov

İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri  Müxtəlif metalların əmələ gətirdikləri kompleks birləşmələrin tədqiqi və onların təyini üçün səmərəli analiz üsullarının işlənib hazırlanması. 
Əsas elmi nəticələri Tədqiqat işləri tətbiqi xarakterlidir.

Hf(IV), V(V), Mo(VI) və W(VI)-nın xromogenüzvi reagentlərdən o-karboksi-benzolazopirokatexin, benzidin-bis-azopirokatexin kation səthi-aktiv maddələrdən setilpiridin, setil-trimetil ammonium xlorid, bis-setil-trimetil ammonium xlorid, ionsuz səthi-aktiv maddələrdən OP-10, DS-10 ilə müxtəlif-liqandlı kompleksləri tədqiq edilmiş və elementlərin təyininin yeni fotometrik üsul-ları işlənilmişdir.

Mn(II), Co(II)-ın salisil turşusunun azotörəmələri və heterotsiklik diaminlərdən – 1,10-fenantrolin, batofenantrolin, 2,2΄-dipiridillə müxtəlifliqandlı kompleksləri tədqiq olunmuş və elementlərin təyininin yeni ekstraksiyalı-fotometrik üsulları işlənilmişdir.

Fe(III), Hg(II), Au(III) ionlarının xlorid və bromid asidokomplekslərinin əsasi boyalardan fenosafrazo göyü, yanus göyü, yanus qırmızı R ilə ion assosiatları tədqiq edilmiş, elementlərin təyininin ekstraksiyalı-fotometrik üsulları işlənilmişdir.

Ge və Sc-un p-tretbutilfenolun 4-azotörəmə¬ləri, Ge, V və Cu-un 1-(karboksibenzolazo)-naftol-2 və 1-(pikraminazo)-naftol-2 ilə eyniliqandlı kompleksləri tədqiq edilmiş və bu elementlərin təyininin yeni ekstraksiyalı-fotometrik və ekstraksiyalı-atom absorbsiya üsulları işlənmişdir.

o-, m-, p-fenilendiamin, p-aminodifenilamin törəmələri, 4-amino- 4΄-metoksidifenilamin əsasında yeni üzvi analitik reagentlər sintez və tədqiq edilmişdir.