Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Qeyri-filiz mineral xammalının emalı laboratoriyası

Qeyri-filiz mineral xammalının emalı laboratoriyası
Tel. (+994 12) 5394125
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_10@kqki.science.az
Struktur bölmənin rəhbəri

 

İşçilərin ümumi sayı 15 
Əsas fəaliyyət istiqamətləri  Təbii ehtiyatları  çox olan qeyri-filiz  xam­malının (gillər, dolomit, bentonit, kalsit və s.) emal proseslərinin  fiziki-kimyəvi əsaslarının işlənib hazırlanması. 
Əsas elmi nəticələri Zəngin təbii ehtiyata malik Filizçay polimetal sulfid filizinin bir neçə variantda (selektiv konsentratlar almaqla, oksigen və kükürd qazı mühitində avtoklav həllolma,xlorlaşdırıcı qov-ma, aşağı və yüksək temperaturlu sulfatlaşdırıcı yanma və s.) işlənməsinin elmi əsasları və texnoloji sxemi işlənib hazırlanmışdır. Təklif olunan texnologiya bir sıra makroelement­lərin (Fe, S, Cu, Zn, Pb) və qiymətli mikroele­mentlərin (Ga, İn, As, Ag, Cd) çıxarılmasını təmin edir.  Əlvan metallurgiya və qaz səna­yesinin kükürd tərkibli zərərli qazların­dan (SO2, H2S, CoS, CS2) metan və onun kon­versiya məhsulları ilə  (CO+H2) termiki və katalitik üsulla reduksiya etməklə, ətraf mühitin mühafizəsini təmin edən  qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanmış və RFnin Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq olun­muşdur. İstilik elektrik stansiyalarında mazutun yandırıl­ması zamanı alınmış kül qalığından qiymətli metal-vanadiumun  (V2O5 şəklin­də) çıxarılması işlənib hazırlanmışdır.  Metanı su buxarı və karbon qazı ilə konversiya etməklə sintez qazın alınması prosesi üçün effektiv metalseolit katalizatorları işlənib hazırlan­mışdırRespublika ərazisində zəngin təbii ehtiyatlara malik gil və dolomit süxurlarını emal etməklə müvafiq olaraq qiymətli  məhsul­ların Al2O3, Al2(SO4)3, Na2SO4, K2SO4,  MgO,  MgCl2, CaO, CaCl2 alınması prosesi işlənib hazırlanmışdır.