Nanoelektrokimya və elektrokataliz laboratoriyası

Tel. (+994 55) 7425889,(+994 12) 5108591
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_3@kqki.science.az  
Struktur bölmənin rəhbəri Kimya elmləri doktoru, baş elmi işçi

Akif  Şirxan oğlu Əliyev  

İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri  Nikel–kobalt  və  molibden–volfram  ərin­tilərinin elektrokimyəvi sintezi, onların əsasında  su  və  polyar  üzvi  birləşmələrin    elektrokatalitik   və    fotoelektrokatalitik çevrilmələri  üçün  nanokatalizatorların  yaradılması. 
Əsas elmi nəticələri Elektrokimyəvi yolla müxtəlif xassələrə malik yarımkeçiricilərin (Pb-Te, Sb-Te, Bi-Te, Cu-Te, Cd-Te,Cd-S, Cd-Se) nazik təbəqə¬lərinin elektrokimyəvi yolla alınması prosesinin şəraiti və elektrolitin tərkibi müəyyən edilmişdir.

Cd və CdS-in nanohissəcikləri elektrokim-yəvi yolla alınmışdır.

Fotokorroziyaya davamlı GaAs/TiO2 və GaP/TiO2 heterosistemləri yaradılmış və suyun fotoelektrolizi prosesində istifadəsinin mümkünlüyü tədqiq edilmişdir.