Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyası

Tel. (+994 50) 6752710,

(+994 12) 5108591 

Faks (+994 12) 5107442 
Elektron poçtu laboratory_9@kqki.science.az
Struktur bölmənin rəhbəri Kimya elmləri doktoru, professor, baş elmi işçi

Nizami Allahverdi oğlu Zeynalov   

İşçilərin ümumi sayı 17 
Əsas fəaliyyət istiqamətləri  Sintetik və təbii polimer  matrisaları əsasında keçid metalların nanokompozitlərinin alınması, onların katalitik, sorbsiya   xassələrinin  və  bioloji  fəallığının tədqiqi 
Əsas elmi nəticələri Kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının yeni prinsipi işlənib hazır­lanmışdır. Həmin prinsipdən istifadə etməklə fosforil, karboksil, piridin, amin və imin funksional qrupları olan yüksək sorbsiya və katalitik xassələrə malik yeni nəsl polimer sorbentlər və katalizatorlar alınmışdır. Bu sorbentlər və katalizatorlar müxtəlif sorbsiya proseslərində, eləcə də bir sıra karbo­hidrogenlərin oksidləşməsi və hidrogen­ləşməsi reaksiyalarında yüksək aktivlik və selektivlik nümayiş etdirmiş­lər. Polivinil­piridin, polimetakril turşusu, polimetakril­amid və digər makroliqandlar kauçuk əsaslı polimerlərə calaq olunmuş və onların əsasında metal tərkibli gel-immobilizə olunmuş katalitik sistemlər sintez edilmişdir. Gel-immobilizə olunmuş katali­zatorların aşağı molekullu olefinlərin dimerləşməsi və sodimerləşməsi reaksiya­larında yüksək aktivliyə, selektivliyə və stabilliyə malik olması müəyyən edilmişdir. Bioloji aktiv birləşmələrin (BAB) daşınması üçün suda yaxşı şişə bilən sintetik və təbii polimerlər əsasında hidrogellər alınmışdır. BAB-ın polimer daşıyıcılarda immobilizə olunması onların farmakoloji xassələrini yaxşılaşdırır, təsir müddətini və aktivliyini artırır, toksikliyini azaldır, zədələnmiş orqanlara təsir qüvvəsini çoxaldır və hətta saxlanılma zamanı stabilliyini artırır. Poli-N-vinilpirrolidon, poli-N-vinilpirroli­donun Cu(II), Co(II), Ni(II) ionları ilə kompleks­lərinə  və arabinoqalaktanın  poli-N-vinilpirrolidonla calaq edilmiş sopoli­merinə tripsinin immobilizə olunması tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, tripsinin immobilizə oluması üçün alınmış polimer gellər, davamlılıq və aktivliyi saxlamaqla yanaşı, həm də uzun müddətli daşıma imkanına malikdirlər.