Biomimetik katalizatorlar üçün üzvi liqandların sintezi laboratoriyası

Tel. (+994 50) 3539204,
(+994 12) 5108591
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_27@kqki.science.az
Struktur bölmənin rəhbəri Kimya elmləri doktoru, baş elmi işçi

Sərdar Bahadur oğlu Zeynalov  

İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  Hidrogen  peroksidlə oksidləşmə  reaksiya­larında biomimetik katalizatorlar üçün modifikasiya  olunmuş  üzvi  liqandların  sintezi. 
Əsas elmi nəticələri Etilen, propilen oksidlərinin və epixlor-hidrin (EXH) əsasında ədəbiyyatda təsadüf olunmayan 200-dən artıq yeni epoksid, polifunksional, makrotsiklik birləşmələr sintez edilib və xarakterizə olunub. Aminlərin, spirtlərin, turşuların, oksiturşuların, sulfoturşuların, tioturşuların, ketonların, oksimlərin, laktamların, ketoturşuların və aminturşuların reaksiyayagirmə qabiliyyətləri, reaksiyaların kinetika və mexanizmləri öyrənilmişdir. Sadə, sadə-mürəkkəb, epoksiefirlərin, kraun birləşmələrin, efiraminspirtlərin, diaminspirtlərin,azometinlərin və amidlərin alınma üsulları işlənmişdir.