Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Kimya sənayesinin yan məhsullarının emalı laboratoriyası

Kimya sənayesinin yan məhsullarının emalı laboratoriyası
Tel. (+994 50) 2110039,(+994 12) 5108591 
Faks (+994 12) 5107442 
Elektron poçtu laboratory_29@kqki.science.az
Struktur bölmənin rəhbəri Fikrət Məmməd oğlu Sadıqov

Texnika elmlər doktoru, professor 

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Kimya sənayesində əmələ gələn  yan məhsulların , o cümlədən, piroliz qətranlarının, aşağı molekullu və tullantı polietilenlərinin ekoloji təmiz emal texnologiyasının işlənib hazırlanması. 
Əsas elmi nəticələri Əhalinin içmək üçün istifadə etdiyi suların mexaniki qarışıqlardan, minerallardan, üzvi birləşmələrdən təmizlənməsi sahəsində tədqiqat işləri aparılmış, yerli gillərdən istifadə etməklə standartlara tam cavab verən içməli su  alınmışdır. Təmizlənmənin dərəcəsinin adsorbentlərin tərkibindən, ölçüsündən və yataq yerindən asılılığı öyrənilmişdir. Ölkəmizin kimya sənayesindən alınan və səmərəli istifadə sahəsi olmayan məhsullardan, yüksək molekullu tullantı birləşmələrdən, işlənmiş, öz keyfiyyətini itirmiş polimer materiallardan emal olunaraq qiymətli xammallar alınması sahəsində də tədqiqat işləri aparılmış və müsbət nəticələr alınmışdır. Emalın texnologiyası və onun rejimi müəyyən olunmuşdur. Bundan başqa qrup əməkdaşları respublikamızda olan təbii birləşmələrdən istifadə etməklə avtomobillərin buraxdığı tüstü qazlarının zərərsizləşdirilməsi sahəsində də tədqiqat işləri aparmış və maraqlı, müsbət nəticələr almışlar. Bu səpkidə  tədqiqat işləri davam etdirilir.