Kompozisiya örtük materialları və korroziyadan mühafizə laboratoriyası

Tel. (+994 50) 4959951,(+994 12) 5108592 
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_23@kqki.science.az
Struktur bölmənin rəhbəri Kimya elmləri namizədi

Hilal Muradxan oğlu Tahirli 

İşçilərin ümumi sayı 14 
Əsas fəaliyyət istiqamətləri  Polad  konstruksiyalarının  korroziyadan  mühafizəsi  üçün  bəzi  d-elementlərinin karbidləri, silisidləri  və nitridləri əsasında yeni kompozisiya  örtük  materiallarının alınması. 
Əsas elmi nəticələri Bir sıra konstruksiya poladları üzərində (Ст20, Ст410, Ст45, Ст50) termodiffuziya metodu ilə qaz fazasından Cr və Ti-nın karbidlərinin formalaşdırılmasının fiziki-kimyəvi parametirləri öyrənilmiş, alınmış karbid örtüklərinin korroziya-elektro-kimyəvi, fiziki-mexaniki xassələri tədqiq olunmuşdur. Göstərilən poladlar üzərində formalaşdırılmış örtüklərin fiziki-kimyəvi xarakteristikalarının tədqiqi nəticəsində məlum olmuşdur ki, onlar poladların korroziya sürətini bir neçə tərtib azaldır, poladlar aqressiv mineral turşularda, neytral mühitlərdə asanlıqla passivləşir və passiv oblastdakı cərəyan sıxlıqlarının qiyməti ilə poladların tərkibindəki karbonun miqdarı arasında xətti loqarifmik asılılığın mövcudluğu məyyənləşdirilmişdir. Termodiffuziya metodu ilə səthində karbid örtükləri olan poladlar sənayenin bir çox sahələrində, neft-kimya, neftqazçıxarmada, hərbi sənayedə və s. istifadə oluna bilər.