Keçid elementlərinin xalkogenidləri laboratoriyası

Tel. (+994 50) 3137323,(+994 12) 5381593 
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_16@kqki.science.az 
Struktur bölmənin rəhbəri Kimya elmləri doktoru, prof.

İxtiyar Bəhrəm oğlu Bəxtiyarlı 

İşçilərin ümumi sayı 14
Əsas fəaliyyət istiqamətləri  Keçid   elementlərinin xalkogenidləri və oksi­xalkogenidləri əsasında yeni yarım­keçirici və  lüminissent  xassəli  mad­dələrin  məqsədli  sintezi  və  tədqiqi. 
Əsas elmi nəticələri Likvidus səthlərində baş verən kimyəvi qarşılıqlı təsirin xarakterinin tədqiqinə və quruluş analizinə əsasən müəyyən etmişik ki, peritektik reaksiya ilə əmələ gələn birləşmələrin quruluşu ilə onların parçalanmasından əmələ gələn bərk fazaların quruluşu arasında sadə planlı rekonstruksiya əlaqəsi ilə yanaşı onların biri - birinə çevril¬məsini asanlaşdıran atomların kollektiv cüzi sürüşmə mexanizmi də var.

Alınan elmi nəticələrə əsaslanaraq ( başqa əməkdaşlarla birgə) lantanoidlərin sulfid-lərinin, oksisulfidlərinin alınması üçün iki yeni üsul işlənmiş və optoelektronika səna-yesi üçün bir neçə effektiv xassəli yeni stoks və antistoks lüminoforlar sintez edilmiş , onların işıqlanma mexanizmi öyrənilmişdir. Belə ki, (Ga2S3)1-x(Eu2O3)x tərkibli bərk məhlul əsasında katodolüminofor,

(Ga2S3)1-x(La2O3)x-y (Er2O3)y tərkibli şüşələr əsasında isə fotolüminofor sintez edilmiş və xassələri öyrənilmişdir. Bu lüminoforlar uzun müddət aqressiv mühitdə işləyərkən spektral xarakteristikalarını itirmir.

Nd2S3-Ga2S3-EuS sistemində əmələ gələn (EuGa2S4)1-x(NdGaS3)x və EuNdGa3S7 tər¬kibli monokristallar spektrin görünən oblastında yaşıl rəng verən lüminofor kimi televiziya və optiki informasiyaları əks etdirən ekranlarda istifadə oluna bilər. Ən başlıcası isə Nd3+ ionunun göstərilən matrisalarda yaxın infraqırmızı oblastda güclü şüalanma effektivliyə malik olması bu materiallardan lazer elementi kimi istifadə olunmasını təmin edir.

Fotolüminessensiya xassələri AMEA-nın Fizika Institutunun “Tarazlıqda olmayan elektron prosesləri” laboratoriyasında f-r.e.d., professor Oqtay Tağıyevin rəhbər-liyi ilə ölçülmüşdür.

Er2O3- BaSiO3-ErF3 kvaziüçlü sistemində faza tarazlığını tədqiq edərək BaSiO3 əsasında bərk məhlul sahəsindən

(BaSiO3)1-x (ErF3)x tərkibli nümunələrdə antistoks lüminessensiya xassəsi aşkar edilmişdir.

Sonra Yb3+ ionundan (YbF3) sensibilizator kimi istifadə edərək effektiv xassəli

(BaSiO3)1-2x (ErF3)x(YbF3)x tərkibli antistoks lüminofor alınmış və işıqlanma mexanizmi öyrənilmişdir. Müəyyən olunmuşdur ki, tərkibdə Yb3+ ionu enerjinin Er3+ ionuna ötürülməsini gücləndirir və şüalanmanın infraqırmızı oblastdan görünən oblasta çevrilməsi baş verir. Həmin materialın gecəgörmə cihazlarında, lifli xətti rabitə sistemlərində işləyə biləcəyi tövsiyə olun¬muşdur. Antistoks lüminessensiya xassələri Pyer-Küri və Mariya Küri adına Paris Universitetinin “ Nano-elmlər” institutunun professorları Karlos Bartou və Poll Benaloulun iştirakı ilə öyrənilmişdir. Sb2Te3 - Gd2Te3-Bi2Te3 kvaziüçlü sistemində faza tarazlığı tədqiq edilərək sistemdə geniş qatılıq intervalında üçlü bərk məhlul sahəsi aşkar edilmişdir. Müəyyən edilmişdir ki, [Bi2Te3]1-y [(Sb2Te3)1-x (Gd2Te3)x]y tərkibli nümunələrdə (Sb2Te3)1-x (Gd2Te3)x miqdarını dəyişməklə “n” və “p” tip yarımkeçirici materiallar almaq mümkündür. Buna səbəb, tərkibdə antistruktur defektlər yaradan bismutun qadoliniumla əvəz olunması hesabına yükdaşıyıcıların konsentrasiyasının dəyişməsidir. ”n” tip [Bi2Te3]1-y[(Sb2Te3)1-x (Gd2Te3)x]y və “p” tip keçiricilikli (Sb2Te3)1-x (Bi2Te3)x-y (Gd2Te3)y tərkiblər əsasında Peltye elementi yaradılmışdır.

Məlum olmuşdur ki, bu elementin termoelektrik effektivliyi ~300K-də maksimum qiymət alır və optimal cərəyanda ~400-dək soyutma verir. Bu isə ondan termoelektrik soyuducuların hazırlanmsında istifadə olunmasına imkan yaradır. Termoelektrik xassələrinin ölçülməsı və interpretasiyası AMEA-nın Fizika İnstitutunda “Bərk cisim elektronikası laboratoriyasında” AMEA-nın müxbir üzvü, f-r.e.d., professor C.Ş.Abdinovun iştirakı ilə aparılmışdır.

Bundan başqa, tədqiq olunan sistemlərdə alınan yeni fazaların termodinamiki funksiyalarının proqnozu və hal diaqramlarının korrekt hesablama üsulları hazırlanmışdır.