Funksional materialların komponentlərinin sintezi laboratoriyası

Tel.

(+994 50) 3687364

(+994 12) 5108592 
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_21@kqki.science.az
Struktur bölmənin rəhbəri

Kimya elmləri doktoru, professor

İmir İlyas oğlu Əliyev 
İşçilərin ümumi sayı 15 
Əsas fəaliyyət istiqamətləri  Germanium və arsen  yarımqrupu elementlərinin sulfidləri və selenidləri əsasında fotoelektrik və optik xassələrə malik yeni yarımkeçirici  materialların alınması. 
Əsas elmi nəticələri 1.(As2S3)1-x(TlSe)x sistemində şüşəvarı ərintilər əsasında alınmış fotohəssas materiallar İQ-optikada istifadə olumuşdur. Bu nümunələr əsasında hazırlanmış fotohəssas lentlərdə infraqırmızı şüaların vasitəsilə qaranlıqda fototəsvirləri almağa imkan verir. Həmin nümunə spektrin görünmə və yaxın infraqırmızı sahəsində fotohəssasdır.

2. (As2S3)1-x(CdSe)x sistemində arsen selenidi əsasında yüksək müqavimətli fotohəssas yarımkeçirici materiallar alınmış və fotorezistor kimi təklif olunmuşdur. Həmin nümunə Nalçik səhərində №Х-5995 saylı poçta qutusunda sınaqdan keçirilmiş və müsbət nəticə vermişdir. Bu nümunə əsasında ,,Vidikon” markalı elektron şüa borusu hazırlamışdır. Nəticələr müəlliflik şəhadətnaməsi ilə öz təsdiqini tapmışdır.

3. (CaIn2Se4)1-x(CaSe)x (х=0,02; 0,025; 0,03) tərkibli ərintilərin fotoelektrik keçiriciliyinin dalğa uzunluğundan asılılığı öyrənilmiş və nəticədə müəyyən edilmişdir ki, bu nümunələr spektrin görünmə sahəsində fotohəssasdırlar. CaIn2Se4 birləşməsinin tərkibinə 2 mol % CaSe əlavə etdikdə λ = 630 mkm dalğa uzunluğunda fotocərəyanın maksimal qiyməti 4.10-8 A olmuşdur. Bu nümunə kifayət qədər yüksək fotohəssas material olub, kiçik gərginliklərdə işləyə bilən fotorezistor kimi, fotoelektronikada ölçü cihazlarında istifadə oluna bilər.

4. (Аs2Sе3)1-х(TlSe)х(х=0,05¸0,10) nazik təbəqəsində fotoelektrik keçiriciliyinin dalğa uzunluğundan asılılığı öyrənilmişdir. Bu məqsədlə 5, 7 və 10 mol % TlSe tərkibli nümunələrin spektral asılılığı öyrənilmişdir. Аs2Sе3 birləşməsinə 5, 7 və 10 mol % TlSe əlavə edilməsi ilə fotocərəyanın maksimal qiyməti uyğun olaraq I= 11×10-12 А, 11,5×10-12 А və 9,5×10-12А kimidir. 7 mol % TlSe tərkibli nümunə fotohəssas material kimi fotoelektronikada istifadə oluna bilər.