Radiokimya laboratoriyası

Tel. (+994 12) 5384758
Faks (+994 12) 5398318  
Elektron poçtu xagani06@mail.ru
Struktur bölmənin rəhbəri k.e.d. Məmmədov Xəqani Fərzulla oğlu 
İşçilərin ümumi sayı 24 
Əsas fəaliyyət istiqamətləri  Radioaktiv material və maddələrin təbiətdə paylanması,onlarla əlaqəli radioekoloji problemlər, radioaktiv şüaların ətraf mühitə təsiri və radiasiya təhlükəsizliyinin elmi əsasları
Əsas elmi nəticələri 1. Azərbaycan Respublikasının radioekoloji vəziyyətini xarakterizə edən əsas faktorlar klassifikasiya olunub və onların mövcud durumu araşdırılıb.
2. Azərbaycan çayları su hövzələri, dib çöküntülərində və torpaq örtüklərində müşahidə olunmuş 238U, 235U, 234U və onların parçalanma məhsulları təbii xarakterli olduğu müəyyənləşib. Onların miqrasiya və akkumulyasiyasının ümumi sxemi verilib.
3. Azərbaycanın iqtisadi durumunda həlledici rolu olan neft-qaz istehsalının ətraf mühitin radioekoloji durumuna təsiri çoxlu saylı neft-qaz çıxarma müəssissələri timsalında tədqiq olunub. Neft-qaz istehsalı prosesləri nəticəsində ətraf mühitə təbii xarakterli qaz, maye və bərk halda radionuklidlərin paylanması müəyyən edilib. Bu çirklənmələr lokal xarakterli olub ionlaşdırıcı şüaların təsir məsafəsi və ərazinin ümumi radiasiya fonuna təsiri aşkar olunub.
4. Neft-qaz istehsalı sahələrində əmələ gələn su axıntılarının təbii radionuklidlərin yer qatından ətraf mühitə su hövzələrinə daşınmasında rolu aşkar olunub. Lay sularının dərinlik və yataqlar üzrə radionuklid tərkibləri aşkar olunub. Lokal maye və bərk çirklənmələrinin tərkibində olan radium izotoplarının parçalanma məhsullarının ərazinin havasında radon qazının aktivliyinə təsiri qiymətlənib.
5. Azərbaycanın xüsusi seçilmiş dağ rayonları timsalında radioekoloji duruma dağ süxurlarının tərkibində ola bilən təbii radionuklidlərin təsiri tədqiq olunub. Müəyyən edilib ki, bəzi ərazilərdə təbii radionuklidlərin qatılığı nisbətən yüksək olur. Dağ və dağətəyi rayonların su potensialına göstərilən təbii radionuklidlərin təsiri olması faktı da aşkar olunub.
6. Respublikamızın aran rayonlarında torpaq və qrunt sularında radionuklidlərin miqdarı tədqiq olunub. Müəyyən edilib ki, hər iki sistemdə təbii radioaktiv izotoplar beynəlxalq normativ tələblərdən aşağı miqdarda paylanıb.