Radioekologiya laboratoriyası

Tel. (+994 12) 5102681; (+994 50) 3706314
Faks (+994 12) 5963408 
Elektron poçtu mahmud.su@mail.ru  
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü, k.t.e.d. Abdullayev Mahmud Abdulla oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Laboratoriya radiasiya təhlükəsizliyinin elmi aspektlərinin işlənməsi istiqamətində fəaliyyət göstərir. Fəaliyyəti çərçivəsində radioaktiv maddələrin təbiətdə paylanması, onlarla əlaqəli yarana biləcək radioekoloji problemlərin vaxtında aşkarlanması, radionuklidlərin mühit komponentləri üzrə miqrasiyası, radioaktiv şüaların ətraf mühitə - biotop və biosenozlara (müxtəlif bioindikativ parametlərdən istifadə etməklə) təsiri problemlərini araşdırır. Laboratoriyanın tədqiqat əraziləri Respublikanın müxtəlif bölgələrini (Kür-Araz ovalığı, Abşeron yarımadasının müxtəlif rayonları) əhatə edir.

Tədqiqatların nəticələri əsasında müvafiq ərazilərin radioekoloji xəritələri tərtib edilir.

Əsas elmi nəticələri İmişli, Ucar, Saatlı, Abşeron yarımadasının müxtəlif inzibati rayonlarının ərazilərində radioekoloji durum, biogeosenozların radioekoloji xüsusiyyətləri (radionuklidlərin toplanmasının və canlıların müxtəlif quruluş səviyyələrində baş verən dəyişikliklərin müşahidə edilməsi vasitəsilə) müəyyənləşdirilmiş, bu vəziyyəti əks etdirən xəritələr tərtib edilmişdir. Müəyyən edilmişdir ki, torpaqların ümumi radioaktivliyinin əsas hissəsini 40K radionuklidi təşkil edir. Eyni zamanda, süni radionuklidlərin torpaq və bitki nümunələrində aşkar olunan aktivliyinin əvvəlki illərlə müqayisədə azalması müəyyən edilmişdir.