Radiobiologiya laboratoriyası

Tel. (+994 12) 5102681  
Faks  
Elektron poçtu e_dzhafarov@rambler.ru  
Struktur bölmənin rəhbəri B.e.d. Cəfərov Elimxan Süleyman oğlu  
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyanın əsas fəaliyyət istiqaməti radiobiologiya  və radioekologiya sahələridir. 
Əsas elmi nəticələri Abşeron yarımadasının radionuklidlərlə lokal çirklənmə zonalarından birində (Romanı yod zavodunun ərazisində):

1. Radionuklidlərin keyfiyyət və kəmiyyət tərkibi müəyyənləşdirilmiş, onların həm torpağın ayrı - ayrı profilləri üzrə, həm də üfiqi  müstəvidə yayılma qanunauyğunluqları öyrənilmişdir;

2. Ərazini çirkləndirən radionuklidlərin  həm “torpaq - bitki” zənciri  üzrə  miqrasiya, həm də ayrı-ayrı bitki orqanlarında toplanma xüsusiyyətləri  tədqiq edilmişdir;

3. Ərazini çirkləndirən radionuklidlərin yaratdığı şüalanmanın ərazidə yabanı şəkildə formalaşan bitkilərin biometrik ölçülərinə və reproduktivlik xüsusiyyətlərinə təsiri öyrənilmişdir;

4. Xroniki təsir şəraitində ionlaşdırıcı şüalanmanın  bu şəraitə həssas olan fotosintez prosesinə təsiri tədqiq edilmişdir;

5. Radiasiya stresi şəraitində bitkilərin antioksidant müdafiə sisteminin ayrı-ayrı elementlərinin birgə fəaliyyəti öyrənilmişdir.