Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Heterogen proseslərin radiasiya kimyası

Heterogen proseslərin radiasiya kimyası
Tel.

(+994 12) 539 33 89; (+994 12) 5383224 

Faks (+994 12) 5398318  
Elektron poçtu agayevteymur@rambler.ru  
Struktur bölmənin rəhbəri Ağayev Teymur Nemətulla oğlu 

Kimya elmləri doktoru, professor

İşçilərin ümumi sayı 13
Əsas fəaliyyət istiqamətləri  Radiasiya-heterogen proseslərinin perspektiv  istiqamətləri,     Nüvə reaktorlarının təhlükəsizliyi və alternativ enerji mənbəyi olan hidrogen energetikası problemləri ilə əlaqədar Metal-su, Metaloksid-su  sistemlərində ionlaşdırıcı şüaların və temperaturun təsiri altında  hidrogenin alınması və metalların oksidləşmə proseslərinin kinetika və mexanizminin tədqiqi.
Əsas elmi nəticələri

Nanoölçülü Metal və Me-oksid katalizatorlarının iştirakı ilə suyun, karbohidrogenlərin timsalında maddələrin radiasiya-katalitik parçalanmasında enerji ötürülməsinin ümumi qanunauyğunluqları tədqiq olunub.

Belə ki, oksid katalizatorlarda radiasiya-katalitik proseslərində enerji daşınmasında əsas rol oynayan qeyri-tarazlı yükdaşıyıcılarının lokalizasiya, rekombinasiya və səthə miqrasiya proseslərinin  qanunauyğunluqları və idarə etmə yolları öyrənilib. Oksid birləşmələrin elektrofiziki xassələrindən asılı olaraq qeyri-tarazlı yükdaşıyıcıların qamma-kvantların təsiri altında əmələgəlmə və katalizator səthinə daşınması prosesləri öyrənilib.

Oksid katalizatorlarının tərkibi, struktur nizamlılıgı, səthi səviyyəsindən,  elektrofiziki  xassələrindən, hissəcik ölçülərindən, temperatur, parçalanmaya məruz qalan maddələrin səthi konsentrasiyasından və sairə xarakterik parametrlərdən asılı olaraq radiasiya-katalitik  aktivlikləri tədqiq  olunub. Alınmış nəticələr əsainda oksid birləşmələrin radiasiya-katalitik təsiri mexanizmi və radiasiya-katalitik prosesləri üçün katalizator seçiminin elmi əsaslarının əsas prinsipləri aşkar olunub. Su, karbohidrogen və karbohidrogen-su sisteminin oksid katalizatorların  iştirakı ilə parçalanması prosesləri əsasında nüvə enerjisinin hidrogenin kimyəvi enerjisinə çevrilməsinin effektiv yolları  müəyyən edilib.

Makro- və nano-ölçülü oksid katalizatorlarının iştirakı ilə suyun radiasiya heterogen və radiasiya –termoheterogen parçalanma proseslərində molekulyar hidrogenin alınması proseslərinin kinetikasının müqayisəli tədqiqi aparılmışdır. Aparılmış tədqiqatlar əsaında oksid katalizatorlarının iştirakı ilə suyun radiasiya heterogen və radiasiya termoheterogen parçalanma proseslərində ölçü effekti oksid ölçülərinin R≤100nm-dən kiçik qiymətlərində müşahidə olunur.