Ətraf mühitin radiasiya kimyası laboratoriyası

Tel. (+994 12) 5383224  
Faks (+994 12) 5398318  
Elektron poçtu m.gurbanov@science.az
Struktur bölmənin rəhbəri k.e.d., professor Qurbanov Müslüm Əhməd oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Energetikanın ekoloji problemlərinin radiasiya texnologiyaları vasitəsilə  işlənməsi.

1. PXB-li yağların radiolizi zamanı  fraksiya tərkibinin öyrənilməsi.

2. Fenolun radiolitik çevrilmə prosesinin aralıq məhsullarının yaranma kinetikasının öyrənilməsi.  
Əsas elmi nəticələri 1. Tərkibində 14 mq/kq qatılıqlı PXB-lər olan transformator yağının fotolizi nəticəsində 200 – 300 nm dalğa uzunluğunda udma spektrinə malik PXB birləşmələrinin udma sabitinin müxtəlif şüalanma müddətlərində dəyişmə kinetikası öyrənilmiş və müəyyən edilmişdir ki, xlorsuzlaşma prosesinin kvant çıxımı 1,2 – 1,4 tərtibindədir.

2. Müxtəlif tərkibli transformator yağlarının izomer tərkibi öyrənilmiş və müəyyən olunmuşdur ki, təyin edilən PXB-lərin ümumi miqdarı 2,5 – 64,5 mq/kq intervalında dəyişir. Təyin edilən PXB-lərdən tetra- və pentaxlorbifenillər üstünlük təşkil edir

3. Tərkibində təyin edilən PXB-lərin ümumi miqdarı 164,5 q/kq olan transformator yağının radioliz prosesi öyrənilmiş və müəyyən olunmuşdur ki, şüalanmanın ilkin dozalarında (5 Mrad-a qədər) PXB-lərin miqdarı artır, sonrakı şüalanma müddətlərində isə azalır. İlkin dozada azalmaya səbəb daha çox xlor atomu saxlayan (9 – 12) PXB-lərin xlorsuzlaşaraq tədricən daha az xlor saxlayan PXB-lərə çevrilməsidir. 5 Mrad dozaya qədər təyin edilən PXB-lərin təxminən 50%-i çevrilir.

4. PXB-li transformator yağının radiolizinin qaz halında olan məhsullarının (H2, CO, CO2, CH4, C2H6, C2H4, ΣC3, ΣC4, ΣC5, ΣC6, ΣC7 ) əmələ gəlmə kinetikası öyrənilmiş, radiasiya-kimyəvi çıxımları hesablanmışdır. Müəyyən olunmuşdur ki, radiolizin əsas qaz məhsulu CO2, H2 və CO-dur və onların radiasiya-kimyəvi çıxımların qiyməti uyğun olaraq 1,07, 0,27 və 0,11 molekul/100 eV-dur.

5. Fenolun suda məhlulunun radiolizində məhsullar üçün xarakterik olan udma sabitlərinin dozadan asılı olaraq artımı müəyyən olunmuşdur. Udma spektrində aralıq məhsul kimi alınan ikiatomlu fenolların və karbon tuşularının zolaqları müşahidə olunur. Fenolun çevrilmə prosesinin radiasiya-kimyəvi çıxımı 4 molekul/100 eV tərtibindədir.