Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyası

Tel. (+994 12) 5394113  
Faks (+994 12) 5394113  
Elektron poçtu imustafayev@mail.ru 
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü, professor, Mustafayev İslam İsrafil oğlu 
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  Radiasiya-kimyəvi üsullarla  ətraf mühit və enerji  problemlərinin həlli 
Əsas elmi nəticələri 1) Neftin çıxarılması, hazırlanması, nəqli və emalı proseslərində atmosferə atılan zərərli tullantıların xüsusi miqdarı (hər 1 ton xammala hesablanmış) təyin edilmişdir.

2) Metan emissiyalarının atmosferdə fotokimyəvi proseslərə və ozonun stasionar konsentrasiyasına təsiri öyrənilmişdir.

3) Üzvi yanacaqların radiasiya-termiki çevrilmələrinin ümumi kinetik modeli əsasında maksimal radiasiya effektini təmin edən doza gücü və temperatur arasında asılılığın yarımemprik formulu alınmışdır.

4) Su mühitində karbohidrogenlərin radiasiya-kimyəvi parçalanması prosesinin zəncirvari rejimdə getməsini təmin edən optimal şərait müəyyən edilmiş, prosesin kinetik modeli yaradılmışdır.

5) Üzvi yanacaqların radiasiya-termiki kükürdsüzləşdirilməsi prosesinin optimal şəraiti müəyyənləşdirilmiş və kinetik modeli təklif olunmuşdur.

6) Ətraf mühitdə neftin deqradasiyasının qanunauyğunluqları müəyyənləşdirilmiş və bu prosesdə radiasiyanın rolu qiymətləndirilmişdir.