Enerjitutumlu radiasiya prosesləri laboratoriyası

Tel. (+994 12) 4383224
Faks (+994 12) 5398318  
Elektron poçtu hokman@mail.ru  
Struktur bölmənin rəhbəri k.ü.f.d. Mahmudov Hökmən Mövəcət oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Hidrogen enegetikası, enerjitutumlu proseslərin radiasiya-foto kimyəvi çevrilməsi problemləri;

1. Radiasiya və fotokimyəvi metodla təbii resursların homo və hetero sistemlərdə çevrilməsi, molekulyar hidrogenin alınması və onun çıxımının artırılması yolları,

2. Ekoloji problemlərin həlli istiqamətində radiasiya və fotokimyəvi textologiyaların tətbiqi yollarının araşdırılması 

Əsas elmi nəticələri 1. Müxtəlif mühitlərdə və müxtəlif udulan doza gücündə nano ölçülü katalizator səthi üzərində su və karbohidrogenlərin daha dərin parçalanmasının kinetikası tədqiq edilmiş və uyğun mexanizmlər müəyyənləşdirilmişdir. Götürülən ilkin maddənin fiziki-kimyəvi xassələrindən asılı olaraq ionlaşdırıcı şüaların udulma doza miqdarının kritik qiymətləri müəyyənləşdirilmişdir.

2. Fotokimyəvi texnologiyaların tətbiqi əsasında qaz qarışığı məhsullarının radiasiya və fotokimyəvi təmizlənmə, çevrilmə kinetikası tədqiq edilmiş və uyğun mexanizmi müəyyənləşdirilmişdir. Alinmiş kinetik asilılıqlar əsasinda  prosesin başa çatma müddəti, udulan şüa intensivliyindən asılı olaraq sistemin təmizlənmə dərəcəsi və digər texniki parametrlər hesablanmışdır.