Nizamsız bərk cisimlərin radiasiya fizikası laboratoriyası

Tel. (+994 12) 5383224
Faks (+994 12) 5398318 
Elektron poçtu o.samedov@rambler.ru  
Struktur bölmənin rəhbəri Fizika-riyaziyyat elmləri doktoru, professor Səmədov Oqtay Əbil oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  1. Spontan-poyarizasiyalı kristallarda ardıcıl faza keçidləri üçün qanunauyğunluqlar verilmişdir.

2. TlInS2 və TlGaSe2 kristalları əsasında, yeni relaksor seqnetoelektriklər sinfi aşkar edilmişdir.

3. TlGaTe2, TlİnTe2 və TlInSe2 kristallarında super-ion keçiriciliyi müəyyən edilmişdir.

Səmədov Oqtay Əbil oğlu bərk cisimlər, yarımkeçi-ricilər və dielektriklər fizikası və radiasiya material-şünaslığı üzrə mütəxəssisdir. Bu tədqiqatların nəticə-ləri məqalə şəklində 33 beynəlxalq referə edilən (peer-reviewed scientific journals) jurnallarda və Respublika nəşrlərdə 49 məqalə çap edilmişdir, 1 patenti vardır, beynəlxalq və ölkə daxili konfranslar-da 109 məruzə edilmişdir.

Əsas elmi nəticələri Səmədov O.Ə. seqnetoelektrik və antiseqneto-elektriklərin faza keçidlərinə xarici faktorların təsirini öyrənməklə məşğul olmuşdur və alınan nəticələri ümumiləşdirərək ilk dəfə olaraq spontan polyarizasiya olunmuş kristallarda birinci və ikinci faza keçidləri üçün qanunauyğunluqlar müəyyən etmişdir. TlİnS2 və TlGaSe2 kristallarına müxtəlif ion radiuslu aşqarlar daxil etməklə,onların dielektrik, piroelektrik, elektrik xassələrini və γ-şüaların bu xassələrə təsirini öyrənmişdir. Göstərmişdir ki, TlİnS2 kristalını müxtəlif Yan-Teylor atomlarılə aşqarladıqda alınan birləşmələr relaksor seqnetoelektriklər üçün xarakterik olan xassələr göstərir. Səmədov O.Ə. dielektrik və elektrik relak-sasiyası,impedans spektrini öyrənməklə birinci dəfə olaraq TlGaTe2 , TlİnTe2 və TlInSe2 kristallarında superion keçiriciliyi müşahidə etmişdir.