Bərpa olunan enerji növlərinin çevrilmələri laboratoriyası

Tel. (+994 12) 5383224  
Faks (+994 12) 5398318 
Elektron poçtu rzayev1937@mail.ru  
Struktur bölmənin rəhbəri t.e.d., prof. Rzayev Pərviz Fikri oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Alternativ enerji, İstilik texnikası, Enerji çevrilmələri.
Əsas elmi nəticələri Alternativ energetika üzrə elmi tədqiqat işləri 1974-ci ildən başlanıb. İlk dövrdə lokal texniki məsələlərin həllinə yönəlmiş tədqiqat işləri daha üstünlük təşkil edib. 1977-ci ildə dünyada başlayan növbəti energetik böhranla əlaqədar olaraq günəş və külək enerjisinin universal enerji daşıyıcısı hidrogen vasitəsi ilə çevrib istifadəsi istiqamətində elmi tədqiqatlar aparılıb və aşağıdakı mühüm nəticələr alınıb.

- Ayrıca və kombinə olunmuş şəkildə fəaliyyət göstərən bir-neçə günəş və külək energetik qurğuları işlənilmiş, yaradılmış və onları Bakı şəhərinin klimatik şəraitində praktiki olaraq tədqiq edilmişdir, hansılara ki, aşağıdakılar aiddirlər;

- sudan təzyiq altında yüksəktəmizlikli hidrogen və oksigen qazları almaq üçün günəş-fotoelektrik və külək energetik qurğuları (qurğular kiçik ölçülü zərgərlik məmulatlarının istilik emalı məqsədilə tətbiq olunmuşlar);

- yeraltı metal avadanlıqları elektrokimyəvi və elektrik korroziyalarından qorumaq üçün foto-elektrik və külək elektrik cərəyan mənbələrindən qidalanan antikorroziya sistemləri (Sumqayıt-Qara-dağ magistral qaz kəmərinin, müvafiq olaraq, 300 m və 3 km uzunluqda hissələrini korroziyadan qorumaq məqsədilə tətbiq olunmuşlar);

- eyni zamanda iki ədəd külək elektrik mühərrikin-dən qidalanan, şitilxana tipli yerlərin qızdırılması üçün sistem (ümumi sahəsi 150 m2 olan örtülü şitilxananı isitmək üçün istifadə olunmuşdur);

- ayrılıqda və kombinə olunmuş günəş-külək istilik və qaynar su təminatı qurğularının müxtəlif modifikasiyaları;

- parabolik konsentratorlu yüksək temperaturlu günəş qurğusunda hidrogen və yanar qaz qarışığı (H2, CO2, CH4 və s.) almaq məqsədilə termokimyəvi reaktorlar və dozalaşdırıcı sistemlər (bu reaktor, qurğu və sistemlərə 4 ədəd müəlliflik şəhadətnaməsi alınmışdır);

- optimallaşdırıcı qurğular, həmçinin də izləyici və təhlükəsizlik təmin edən sistemlər (həmin qurğu və sistemlərin əksəriyyətinə keçmiş SSRİ-nin müəlliflik şəhadətnamələri, həmçinin də RF-nın və Azərbaycan Respublikasının patentləri alınmışdır);

- ilk dəfə olaraq sudan təzyiq altında yüksək təmizlikli hidrogen və oksigen qazlarının alınması üçün günəş elektroliz qurğusunun, həmçinin də biokütlələrdən və üzvi tullantılardan yanar qaz qarışıqları almaq üçün parabolik konsentratorlu, yüksəktemperaturlu günəş qurğusunun riyazi mo-delləri işlənilmişdir;

- Azərbaycan şəraitində günəş və külək enerjisindən istifadə imkanlarının aşkar edilməsi üzrə çoxsaylı tədqiqat işləri aparılmışdır. Azərbaycanın bütün ərazisi üçün külək və günəş rejimləri üzrə qısa kadastrı tərtib olunmuşdur. Bu zaman ilk dəfə ola-raq şaquli ekstropolyasiyada, o cümlədən 2 km-ə qədər hündürlüklərdə mümkün olan külək rejimləri müəyyən edilmişdir.

- Parobolik yüksək temperatur potensiallı günəş enerji konsentratorun əsasında aşağıdakı nəticələr günəş reaktorunda qazlaşmasından yanar qazların alınması. Bu məqsədlə qamış ağac kəpəyi, kənd təsərrüfatı bitkilərinin qalıqları istifadə olunub və proseslərin optimal rejimləri təyin edilib. Aparılan eksperimental təcrübələr əsasında günəş radiasasiyasının (E=500÷900 Vt/m2) intensivliyində biokütlənin yanar qazlara (H2, CO, CH4) çevrilməsinin qanuna uyğunluqları öyrənilmiş və bu zaman baş verən reaksiyaların optimal şəraiti müəyyən edilmişdir. Günəş enerjisi tədbiqi ilə Şəki İpək kombinatının axıntı suları ilə kömürün qazlaşma prosesi aparılmış yanar qazlar (H2, CO, CH4) alınmışdır. Bu məqsədlə yüksək potensiallı hərəkətli helioqurğu işlənib hazırlanmışdır. Qazlaşma prosesin sürətləndirilməsi üçün reaksiya mühitinə katolizatorlar seçilib (Na2CO3, K2CO3) və sintetik qazın alınmasının optimal rejimi tapılıb. Yüksək temperaturlu günəş reaktorunda ağır neft qalıqları ( bitum, mazut,..,..) su ilə reaksiyasından yüngül karbohidrogen fraksiyası və qiymətli qaz qarışığının alınması. Ağır neft qalıqlarından- mazutu, qudronu, neft bitumunu geniş temperatur intervalında (T=773-1273 K) Günəş enerjisi vasitəsilə emal etməklə daha yüksək kalorili yanar qazların alınma proseslərinin sistematik tədqiqatı aparılmışdır. Göstərilmişdir ki, optimal şəraitdə (T= 973-1073 K) götürülən ağır neft qalıqlarının 65%- i qaz halına çevrilir ki, onun da 22%- ni H2 35-40%- ni (C2H4, C3H6) olefin karbohidrogenləri təşkil edir. Bu proseslərin aparılması üçün yüksək potensiallı günəş energetik qurğusu, termokimyəvi reaktorlar işlənib hazırlanmışdır. Mədən şəraitində xam neftin emala hazırlanması prosesində iqtisadi və ekoloji cəhətdən əlverişli olan günəş enerjisinin istiliyindən istifadə etmək məqsədilə 2 modullu parabolosilindrik konsentratorlu günəş energetik qurğusu işlənib hazırlanmışdır. Bakı şəhərinin klimatik şəraitində bir başa günəş radiasiyasının 400-900 Vt/m2 intervalında təbii sınaqlar aparılmış, qurğunun həm mövsümü, həm də orta illik parametrləri təyin olunmuşdur. Qeyri sabit olan günəş və külək enerjilərinin sabit formaya çevrilməsi üzrə elmi tədqiqat işləri. Külək enerjisinin sıxılmış hava enerjisinə çevirib, sonra onun əsasında stabil elektrik enerjisinin alınması. Sıxılmış havadan enerjidaşıyıcısı kimi geniş istifadə edilir. Onun bir çox üstünlükləri- elektrik enerjisinə çevrilməsi, təhlükəsizliyi, ekoloji təmiz olması, böyük enerji tutumuna malik olmasıdır. Sənayedə sıxılmış hava almaq üçün istifadə olunan enerjinin 30%- i tələb olunur. Sıxılmış havanın ən əsas üstünlüklərindən biri onun akkumulyasiya olunmasının mümkünlüyüdür. Günəş su qızdırıcısı, günəş-elektrik çevricisi və külək qurğuları əsasında evlərin və təsərrüfatların avtonom enerji təminatı - Abşeron klimatik şəraitində kənd və bağ evlərinin isti su təminatı üçün Günəş və Külək energetik qurğuları əsasında kombinə olunmuş sistem yaradılmışdır. 3 illik təcrübələr əsasında müəyyən müsbət nəticələr əldə edilmişdir və bu sahədə işlər davam etdirilir. Yeni tip günəş su qızdırıcıları- Müstəvi günəş kollektorlarında (GK) qaynar və isti su təminatında istilik itgilərini azaltmaq, effektivliyini artırmaq üçün istilik akkumulyasiyaedici maddələrdən (İAM) istifadə edilir. Faza keçidli istilik akkumulyasiyaedici maddələrin (FİAM) yüksək enerji tutumluluğu daha yığcam qurğu yaratmağa imkan verir. Istilik-fiziki xassələri (ərimə temperaturu, ərimə istiliyi, istilik keçiriciliyi) digər İAM-dan iqtisadi cəhətdən səmərəli olmasıdır. Günəş və Külək enerjilərinin istifadə və enerji çevrilmələri üzrə nəşr olunmuş əsərlər və patentlər - Bu illər ərzində (1974-2014-ci illər) laboratoriyanın elmi işləri üzrə ~ 220 məqalə yerli və xarici jurnallarda nəşr olunmuş, Beynəlxalq (Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan, ABŞ, İngiltərə, İtaliya, Fransa, Almaniya, Yaponiya, Misir, Pakistan, İran, Türkiyə) və yerli konfranslarda dinlənib, müzakirə edilmiş və konfrans materialarında dərc edilmişdir. 40-a qədər (Azərbaycan və Rusiyanın) patenti alınmışdır.