Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyası

Tel. (+994 12) 5383224 
Faks (+994 12) 5398318
Elektron poçtu sardarli@yahoo.com  
Struktur bölmənin rəhbəri f.r.e.d.,prof. Sərdarlı Rauf Mədət oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Sərdarlı Rauf Mədət oğlunun bərk cisimlər fizikası üzrə tanınmış mütəxəssisdir. O anizotrop - laylı və zəncirvarı quruluşu olan kristalların enerqetik spektrlərinin və qəfəs dinamikasının tədqiqatı ilə məşğuldur. Bu tədqiqatların nəticələri məqalə şəklində 57 beynəlxalq referə edilən  (peer-reviewed scientific journals) jurnallarda və Respublika nəşrlərdə 71 məqalə çap edilmişdir, 8 patenti vardır, beynəlxalq və ölkə daxili konfranslarda 125 məruzə edilmişdir, tədqiqatların nəticələri iki monoqrafiyada öz əksini tapmışdır. Monoqrafiyaların biri Bakıda digəri isə ABŞ-da Nova Science Publishers, Inc.  nəşriyyatında, Ney York şəhərində çap edilmişdir. Beynəlxalq sazişlər və müqavilələr çərçivələrdə Sərdarlı R.M. xaricdə yerləşən bir neçə elmi mərkəzlər və xarici alimlərlə elmi əlaqəsi vardır, bunlardan bir neçəsini qeyd etmək olar:

USA:

Проф. Hans D.Hochheimer, Department of Physics of Colorado State University

France:

Проф. Jean Louis Coutaz, IMEP-LAHC, Universite de Savoie

Germany:

Проф.W. Kleemann, DuisburgDuisburg-EssenUniversity

Canada:

Проф. Harry E. Ruda Chair in Advanced Nanotechnology, Director, Materials Science and Engineering University of Toronto

Israel:

Alexander M. Panich, Prof. Department of Physics, Ben-GurionUniversity of the Negev, Beer Sheva, Israel

Əsas elmi nəticələri Rezonans və anharmonik qarşılıqlı əlaqənin, anizotropiyanın və qəfəs ardıcıllığının pozulmasının fonon spektrlərində qanuna uyğunluqları təyin edilmişdir. A3B6 və A3B3C62 tipli birləşmələrin qəfəsinin temperatur qeyri stabilliyinin tədqiqatları faza keçidlərin mövcudluğu aşkar edilmiş və hərtərəfli tədqiq edilmişdir. Birinci dəfə olaraq təyin edilmişdir ki, faza keçidləri ifrat strukturlu inkommensurate temperatur oblastları ilə müşahidə olunur. Tədqiq olunan obyektlərin qəfəs dinamikasını xüsusiyyətlərindən tam və dolğun informasiya əldə etmək ötrü Raman, infraqırmızı və neytron spektroskopiya üzrə eksperimentlər aparılmışdır. Sərdarlı R.M. bundan sonrakı elmi fəaliyyəti qamma şüaların və Yan-Teylor tipli aşkarların A3B6 и A3B3C62  birləşmələrin energetik spektrə təsirini öyrənməkdən ibarət idi. Bu tədqiqatların nəticəsi kimi, təyin edilmişdir ki, bəzi şərtlər çərçivəsində, laylı və zəncirvarı quruluşlu kristallar aşağı ölçülü sistemlərin kimi özlərini göstərir. Belə ki, bu birləşmələrdə relaksor tipli temperatur asılılığı, dielektrik əmsalının mənfi qiymətləri, kvant nöqtələrinə xas olan energetik spektr, mezoskopik ifrat strukturlar, terahertz  oblastında güclü udma zolaqları və sairə xüsusiyyətlər müşahidə edilmişdir.