Torpaq mikrobiologiyası laboratoriyası

Tel. (+994 12) 5024359 
Faks (+994 12) 5024470 
Elektron poçtu nadjafovas@rambler.ru
Struktur bölmənin rəhbəri B.ü.f.d. Nəcəfova Samirə İmamyar qızı 
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Torpaq mikroorqanizmlərinin müxtəlifliyinin, onların morfoloji və fizioloji xüsusiyyətləri, həmçinin əsas bioloji elementlərin dövraninda mikroorqanizmlərinin rolunun öyrənilməsi. Landsaftin çirklənməyə davamlılığı probleminin nəzəri əsaslarının işlənib hazırlanması. 
Əsas elmi nəticələri Böyük Qafqazın şimal-şərq hissəsinin əsas torpaq tip və yarımtiplərinin torpaq biogeosenozunun strukturunun fizioloji-biokimyəvi və ekoloji xüsusiyyətləri öyrənilib. Bunların əsasında torpağın biogenliyindən asılı olaraq torpaqların mikrobioloji xəritələşdirilməsi və rayonlaşdirılması aparılıb.