Torpaq örtüyünün strukturası laboratoriyası

Tel. (+994 12) 5105591
Faks  
Elektron poçtu vilayet-hesenov@mail.ru
Struktur bölmənin rəhbəri

Vilayət Həsən oğlu Həsənov

Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  Respublikanın dağlıq ərazilərində makro-mezorelyefin və çay vadilərində isə mikrorelyefin torpaq örtüyü strukturlarının və torpaq xassələrinin formalaşmasına təsirinin müəyyən edilməsi və relyefin plastikası metodu əsasında xəritələşdirilməsi, az məhsuldar şərti yararsız torpaqların daşlılıq dərəcəsinin təyin olunması və ehtiyatının proqnozu
Əsas elmi nəticələri Azərbaycanın çay vadilərində mikrorelyefin və dağlıq ərazilərdə müxtəlif baxarlı yamacların torpaq örtüyü strukturlarının və torpaq xassələrinin formalaşmasına təsiri müəyyən edilmişdir. Relyefin plastikası metodu əsasında Qanıx-Əyriçay vadisinin, Abşeronun və Göygöl Milli Parkının torpaq, torpaq örtüyünün strukturları, torpaq-ekoloji qiymətləndirmə xəritələri hazırlanıb. Böyük Qafqazın dağ çaylarının gətirmə konuslarında yayılmış şərti yararsız torpaqların daşlılıq dərəcəsi və fiziki-kimyəvi xassələri müəyyən edilib.

Respublikanın quru-subtropik zonası düzən-meşə torpaqlarının morfogenetik diaqnostikasının təbii-antropogen dəyişməsi öyrənilib. Bakı şəhəri torpaqlarının göstəriciləri araşdırılıb