Torpaq coğrafi-informasiya sistemləri laboratoriyası

Tel. (+994 12) 5386994
Faks  
Elektron poçtu amin_ismayilov@mail.ru
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü İsmayılov Amin İsmayıl oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  - Azərbaycanda torpaq informatikasının elmi əsaslarının yaradılması, o cümlədən, informasiya texnologiyaları bazasında torpaq-ekoloji sistemin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün ekspert sistemlərinin yaradılması;

- torpaq kadastrı məlumatlarının idarə olunmasının informasiya təminatının yaradılması;

- məntiqi-hesablama vasitələri ilə torpaq taksonomik vahidlərinin elmi analizi, torpaqların konseptual diaqnostik modellərinin hazırlanması;

- torpaq monitorinqinin əsas prinsiplərinin işlənib hazırlanması;

- su-torpaq-bitki sistemində aqroekoloji proseslərin riyazi modelləşdirirılməsinin tədqiqi və torpaq münbitliyinin riyazi modelləşdirilməsi;

- CİS bazasında rəqəmsal torpaq xəritələrinin yaradılması;

- CİS əsasında torpaq-ekoloji mühitin Verilənlər Bazasının yaradılması;

- Azərbaycan torpaqşünaslığının Avropa İttifaqının vahid torpaq-coğrafi məkanına inteqrasiya imkanlarının tədqiqi

Əsas elmi nəticələri Aparılmış tədqiqatlar nəticəsində müasir informasiya texnologiyalarından geniş istifadə etməklə Azərbaycanda torpaq tədqiqatlarının operativ, obyektiv və riyazi əsaslarla aparılmasını təmin etmək məqsədilə Torpaqların İnformasiya Sistemi yaradılmış, o cümlədən, torpaqların ekoloji sisteminin əsas informativ göstəricilərinə əsaslanan məlumatların təsvir dili və müvafiq klassifikatorlar tərtib olunmuş və torpaq təsnifatının informasiya bazası təklif edilmişdir.

Laboratoriyanın 1990-2000-ci illəri əhatə edən mövzu planlarının nəticələri əsasında, Azərbaycanda ilk dəfə olaraq, “Torpaq ekoloji sistem göstəricilərinin kodlaşdırılması” üzrə metodiki tövsiyə hazırlanmış, “Torpaq məlumatların təsvir dilinin elementləri “tərtib edilmiş, “Torpaq monitorinqinin informasiya bazası” adlı monoqrafiya çap edilmişdir.

Torpaq tipi səviyyəsində vizualizasiyaya və diaqnostikanın avtomatlaşdırılmasına imkan verən ekspert sistemi işlənib hazırlanmışdır. “Torpaqların konseptual diaqnostik modelləri” adlı monoqrafiya nəşr olunmuşdur;

- torpaq kadastrının, o cümlədən, torpaq sahələrinin qeydiyyatının müasir geoinformasiya sistemləri bazasında aparılmasının konseptual əsasları təklif olunmuşdur. Torpaq kadastrı məqsədilə xəritələrin və müxtəlif göstəricilər üzrə kartoqramların tərtibi üçün avtomatlaşdırılmış informasiya sistemlərində istifadə yolları təklif edilmişdir. Bu tədqiqatların ümumiləşdirilmiş nəticəsi kimi, 2003-cü ildə “Azərbaycan torpaqlarının informasiya sistemi” monoqrafiyası çap olunmuşdur.

- Müxtəlif torpaq xassələri və göstəriciləri arasında əlaqələr xüsusi kompüter proqramlarının köməyi ilə araşdırılmış və torpaqların münbitlik modellərinin qurulması üçün əhəmiyyətli qanunauyğunluqlar əldə edilmiş və nəticələr “Torpaq ekoloji sistemin tədqiqində riyazi statistika və modelləşdirmə” kitabı şəklində dərc olunmuşdur.

- Azərbaycan torpaqlarının verilənlər bazasının Avropa İttifaqının vahid torpaq-coğrafi məkanına inteqrasiya problemlərinin tədqiqinə başlanmış və bu istiqamətdə araşdırmalar davam etməkdədir. Avropa Torpaq Verilənləri Bazasının Genişləndirmə proqramı çərçivəsində, Avropa İttifaqının torpaq-coğrafi məkanına inteqrasiya tələblərinə uyğun, CİS bazasında 1:1000 000 miqyasında Azərbaycan torpaqlarının verilənlər bazasının ilkin versiyasını hazırlamışdır. Tədqiqat işlərinin nəticələri 2013-cü ildə Avropa İttifaqının Avstriyada yerləşən nəşr evi tərəfindən çap edilmiş “Soil Resources of Mediterranean and Caucasus Countries”, kitabında “Soil Resources Of Azerbaijan” fəsli kimi dərc olunmuşdur