Torpaqların biologiyası laboratoriyası

Tel. (+994 12) 5372402
Faks  
Elektron poçtu samed-bio@yandex.ru
Struktur bölmənin rəhbəri Pirverdi Əhməd oğlu Səmədov
aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent 
İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Torpaqlarda bioloji proseslərin öyrənilməsi və onun humusluluq vəziyyətinin araşdırılması. 
Əsas elmi nəticələri Yağış qurdlarının və onurğasızların torpağın biokimyəvi və mikrobioloji xassələrinə təsiri müəyyən edilmiş və onlardan Abşeronun bozqonur torpaqlarının neftlə çirklənmə dərəcəsinin qiymətləndirilməsində biodiaqnostik test kimi istifadəsi təklif edilmişdir. 

Şoranı torpaqların biodiaqnostikasında onurğasız heyvanların əhəmiyyəti müəyyən edilmişdir.

Dağ-meşə qəhvəyi torpaqların təbii parcellalarında bioloji və fiziki –kimyəvi tədqiqatlar aparıblar.

Texnogen çirklənmiş torpaqların (boz-qonur, boz-qəhvəyi, şabalıdı) biodiaqnostikasi tədqiq edilib.