Torpaqların meliorasiyası laboratoriyası

Tel. (+994 12) 5386997 
Faks  
Elektron poçtu soiman@dcacs.ab.az 
Struktur bölmənin rəhbəri Mustafayev Mustafa Qılman oğlu
İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Respublikada torpaqların ekomeliorativ vəziyyətinin qiymət-ləndirilməsi, su-duz balanslarının  tərtibi, duzluluq dərəcəsi ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında əlaqənin tədqiqi
Əsas elmi nəticələri Torpaqların duzluluq dərəcəsinə və tipinə görə təsnifatı, əsaslı meliorasiya üçün yuma normalarının təyini, qrunt sularının böhran (kritik) və buraxıla bilən dərinliklərin təyini; su-duz rejiminin proqnozu, nizamlanması və optimallaşdırılması; istismar dövrü üçün daimi drenlər arasındakı məsafələrin optimal qiymətlərinin tapılması, duzluluq xəritələrinin tərtib olunması, duzluluqla kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında  riyazi asılılıqların müəyyən edilməsi, suvarılan torpaqların meliorativ vəziyyətinin meyarlarla qiymətləndirilməsi. Göstərilən parametrlərin hesablanması üçün riyazi modellər təklif edilmişdir.