Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Torpaq fizikası laboratoriyası

Torpaq fizikası laboratoriyası
Tel. (+994 12) 5386997
Faks  
Elektron poçtu gerayzade-akif@rambler.ru
Struktur bölmənin rəhbəri Akif Paşa oğlu Gərayzadə
Aqrar elmləri doktoru, professor, əməkdar elm xadimi
İşçilərin ümumi sayı 15
Əsas fəaliyyət istiqamətləri  Torpaqların termik, elektrik və optik xassələrinə müxtəlif aqrofiziki və aqrokimyəvi göstəricilərin təsiri, eləcə də həmin göstəricilər arasındakı əlaqələrin riyazi ifadələri müəyyən edilmişdir. Torpaqların termodinamik göstəriciləri, o cümlədən istilik tutumu, istilik mənimsəməsi, istilik və temperatur keçirmə əmsalları, torpaq mineral hissələrinin kristallaşması enerjisi və sairə kimi parametrlər öyrənilmişdir. Torpaqda istilik və su axınlarına torpağın mexaniki, kimyəvi tərkibi, eləcə də sıxlığının təsiri öyrənilmiş və çox parametrli asılılıqlar alınmışdır. Məsafədən alınan materiallar əsasında torpaq örtüyünün açıqlanması imkanları öyrənilmiş və həmin prosesdə torpaq optik xassələrinin rolu göstərilmişdir  
Əsas elmi nəticələri Zaman və məkan daxilində torpağın fiziki parametrləri və torpaq-bitki-atmosfer sisteminin müxtəlif xassələri arasında asılılıqlar müəyyən edilmişdir. Bitkilərin yerləşdiyi mühitin enerji potensialının dəyişmə qanunauyğunluqları müəyyən edilmişdir, xüsusi ilə də radiasiya və istilik balansları. Torpaqların istilik və nəmlik keçirmə, elektrik, optik xassələri, mədəni və təbii bitkilərin enerji akkumulya-siya etmə qabiliyyəti təyin edilmişdir. Torpağın rəngini təyin etmək üçün optik və torpağın üst qatının müxtəlif xassələrinə nəzarət üçün distansion üsullar təklif olunmuşdur. Torpaqların müxtəlif xassələrini əks etdirən xəritə- sxemlər tərtib edilmişdir.