Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası

Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası
Tel. (+994 12) 5389425 
Faks  
Elektron poçtu soiman@dcacs.ab.az 
Struktur bölmənin rəhbəri Akademik Qərib Şamil oğlu Məmmədov
İşçilərin ümumi sayı 19
Əsas fəaliyyət istiqamətləri  Azərbaycan torpaqlarının aqroekoloji xüsusiyyətləri, bonitirovkası və ekoloji qiymətləndirilməsi. Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, ekoloji münbitlik modeli, torpaqların aqroekoloji rayonlaşdırılması, torpaq münasibətlərinin  elmi təhlili.
Əsas elmi nəticələri Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası son illər torpaq-kadastr rayonlaşdırılması, kiçik torpaq mülkiyyətçiliyi şəraitində torpaq sahələrinin bonitirovkası və ayrı-ayrı kənd təsərrüfatı bitkiləri, təbii otlaq və meşə altı torpaqların ekoloji modellərinin hazırlanması sahəsində müəyyən uğurlar əldə edilmişdir. Torpaq islahatı və onun nəticələrinin elmi təhlili və proqnozlaşdırılması da laboratoriyanın prioritet istiqamətlərindəndir. "Azərbaycanın 1:600 000 miqyasında torpaq-kadastr rayonlaşdırılması və torpaq ekoloji qiymətləndirmə xəritəsi xəritəsi" tərtib edilmişdir.

Azərbaycanın Ceyrançöl və Qobustan massivi təbii senozlarında torpaqların ekoloji qiymətləndirilməsi aparılmış və 1:100000 miqyasında xəritə-sxemi hazırlanmışdır. Ekoloji-energetik qiymətləndirmə əsasında qış otlaq torpaqlarının yaxşılaşdırılması və müqayisəli qiymətləndirilməsi aparılmışdır. Energetik və mikroelement göstəriciləri ekoloji şkalalar üzrə nəzərə alınaraq yarımsəhra landşaft kom¬plekslərinin bonitet balı müəyyənləşdirilmişdir (akad. Q.Ş.Məmmədov, S.Z.Məmmədova, A.B.Cəfərov, A.F.Həsənova).

Torpaq münbitliyinin yüksəldilməsi, bitkilərin qida maddələri balansının və rejiminin idarə olunmasının ekoloji əsasları, regional gübrələmə sisteminin və torpaqların ağır metallarla çirklənmə səviyyəsi müəyyənləşdirilmişdir.

Relyefin plastikası və kompüter texnologiyası əsasında Abşeronda müəyyənləşdirilmiş 7 tip üzrə torpaq örtüyü strukturlarının ekoloji qiymətləndirmə xəritəsi (Miqyas 1:100000) hazırlanmışdır (akad. Q.Ş. Məmmədov, V.H.Həsənov ).

Lənkəran torpaqlarında aparılmış çoxillik fundamental tədqiqatlar nəticəsində torpaqların ekoloji qiymətləndirilməsinin yeni konsepsiyası irəli sürülmüş, torpaqların aqroekoloji əsasda bonitirovkasının aparılmasının yeni yanaşma üsulları əsaslandırılmış, münbitlik göstəriciləri üzərində ekoloji monitorinqin təşkili proqramı işlənilmişdir. Respublikada ilk dəfə olaraq 2 dildə (Azərbaycan və rus) “Azərbaycanın Torpaq Atlası” hazırlanıb çap olunmuşdur. (akad.Q.Ş.Məmmədov və baş.)

Azərbaycanda torpaq ehtiyatlarından səmərəli istifadənin sosial iqtisadi və ekoloji əsasları işlənilmişdir. Torpaq-kadastr rayonları üzrə torpaqların bonitirovkasının metodiki əsasları və torpaqların ekoloji münbitlik modeli parametrlərinin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi aparılmışdır.

“Azərbaycan Respublikasının Ekoloji Atlası” üç dildə, Azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir. (akad. Q.Ş.Məmmədov, M.Y.Xəlilov, S.Z.Məmmədova, 2009) Azərbaycanın aqroekoloji problemlərinin elmi-nəzəri və metodoloji aspektləri araşdırılmışdır.

2015-ci ildə akademik Q.Ş.Məmmədovun məsul katibliyi ilə Azərbaycan Milli Atlası və “Cənubi Qafqaz 1903-cü il” xəritəsi nəşr olundu. Azərbaycan öz tarixində bu günə qədər Milli Atlasa malik olmamışdır. Milli Atlasın önəmi barədə yalnız bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan kartoqrafiyası tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti məhz Milli Atlas oxucularına ön sözlə müraciət etmiş və “Azərbaycan Respublikasının Milli Atlası”nın ölkəmizlə bağlı sanballı, iri miqyaslı kartoqrafik nəşr” olmasını vurğulamışdır. Azərbaycan Respublikasının Milli Atlası milli atlasların ümumdünya elmi səviyyəsinə cavab verir və məzmununa görə elmi-məlumat tipinə aiddir. Ölkəmizin sərhədlərindən kənarda tanıdılması üçün nəşrdə izahedici mətn və göstəricilər 3 dildə (Azərbaycan, ingilis və rus) öz əksini tapmışdır. “Cənubi Qafqaz 1903-cü il” xəritəsinin nəşri ermənilərin və ermənipərəst qüvvələrin “böyük Ermənistan” yaratmaq iddialarına sərt cavab olmaqla yanaşı, həm də işğal altında olan ərazilərin geri qaytarılması kimi müqəddəs bir işin uğurla nəticələnməsində öz tarixi rolunu oynayacaqdır.