Herbari şöbəsi

Tel. (+994 12) 5024330  
Faks (+994 12) 4970994 
Elektron poçtu pervanegarakhani@botany.az 
Struktur bölmənin rəhbəri Pərvanə Qaraxani Xosrov qızı 
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  Mərkəzi herbari fondunun qorunub saxlanılması; yeni bitki növləri ilə zənginləşdirilməsi; regional floraların hazırlanması; Azərbaycan və dünya kolleksiyalarına əsaslanaraq bitki biomüxtəlifliyinin məlumat sorğu funksiyasının yerinə yetirilməsi; digər yerli və xarici elmi təşkilatlarla herbari mübadiləsinin aparılması.
Əsas elmi nəticələri Herbari fondu əsasında çoxsaylı fundamental və tətbiqi əsərlər nəşr edilmişdir: Qafqaz florasının birinci nəşri, 3 cildli Azərbaycan florası; 8 cildli Azərbaycan florası (rus dilində); 3 cildli Azərbaycanın ağac və kolları; Azərbaycanın dərman bitkiləri; Azərbaycanın taxılları və s. Hal-hazırda "Azərbaycan florası"nın 1, 2 və 3-cü  cildləri və Azərbaycanın "Qırmızı kitabı" Azərbaycan dilində ikinci nəşr üçün hazırlanmışdır. Beynəlxalq səviyyədə bitkilərin bank ehtiyatlarının kompyuter məlumatları hazırlanmışdır. Herbari fondunun rəqəmsallaşdırılması, herbari nüsxələrinin Avropa məlumat bazasına daxil edilməsi və tətbiqi həyata keçirilmişdir. Herbari fondu ilə maraqlananlar üçün məlumat guşəsi, məsləhət xidmətləri təşkil olunmuşdur.