Tel. |
(+994 12) 5024330 |
Faks |
(+994 12) 4970994 |
Elektron poçtu |
dilzara_aghayeva@botany.az |
Struktur bölmənin rəhbəri |
Dilzarə Nadir qızı Agayeva |
İşçilərin ümumi sayı |
4 |
Əsas fəaliyyət istiqamətləri |
Respublikada klassik və eksperimental mikoloji tədqiqatların inkişaf tendensiyası göbələk müxtəlifliyinin öyrənilməsi, göbələklərin yayılması üzrə məlumatların toplanması, elektron məlumat bazasının yaradılması, respublika ərazisində coğrafi bölgələr və taksonomik qruplar nəzərə alınmaqla göbələklərin məlumat siyahılarının hazırlanması, çətin təyin edilən növlərin molekulyar bioloji yanaşmalardan istifadə etməklə taksonomik statusunun müəyyənləşdirilməsi, xəstəlik törədicilərinin aşkar edilməsi və biologiyasının öyrənilməsi, nadir və təhlükə altında olan növlərin müəyyən edilməsi, qorunmasına dair təkliflərin işlənilməsi məsələlərini əhatə edir. |
Əsas elmi nəticələri |
Şöbə fəaliyyətə başladığı müddətdən bəri mikoloqlar tərəfindən aparılan işlər Peronosporales, Puccinales, Ustilaginales sıraları və hifal göbələklər haqqında məlumatları əhatə edən “Azərbaycan mikoflorası” çoxcildliyinin 5 cildində (6 kitab), “Zaqafqaziyanın aiarikal göbələkləri”, “Azərbaycanın yeməli və zəhərli göbələkləri” adlı monoqrafiyalarda və 500-dən çox məqalədə öz əksini tapmışdır. |