İxtisaslaşdırılmış qeyri-standart nəzarət və diaqnostika sistemləri laboratoriyası

Tel. (+994 12) 5395169  
Faks  
Elektron poçtu aliisak@yahoo.com  
Struktur bölmənin rəhbəri Məmmədov Əli İsa oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

Ekstremal istismar şəraitdə (yüksək və aşağı temperaturlar, radiasiya, təzyiq)  işləyən seqnetopyezokeramik və aktiv kompozit materialların alınması və onların elektrofiziki,struktur  xassələrinin tədqiqi.

Fiziki-texnoloji parametrlərin kəsilməz monitorinqini aparan intellektual informasiya vasitələrin işlənib hazirlanması.

Rastr zond mikroskopiya il submikron masştabda  səthi zədələmədən kompleks təhlili metodikasının işlənməsi. 
Əsas elmi nəticələri

Yüksək temperatur və təzyiqlərdə PbTiO3, NaNbO3, BiMnO3 perovskit seqnetoelektriklərinin struktur faza ke-çidləri öyrənilmişdir. Məlum olmuşdur ki, PbTiO3 üçün T ≈ 720 K-də və P ≈ 2.5 GPa-da seqnetoelektrikparaelek-trik faza keçidinin xarakteri birinci növdən ikinci növə dəyişir. NaNbO3 üçün məlum olmuşdur ki, P ≈ 1.6 GPa-da ortorombik simmetriyaya malik fazadan romboedral simmetriyalı fazaya keçid baş verir. BiMnO3-də isə mü-əyyən edilmişdir ki, yüksək təzyiqin təsiri ilə monoklin fazadan ortorombik fazaya keçid temperaturunun qiymə-tində dTc/dP=39(1) K/GPa əmsalı ilə azalma baş verir.

- Neytron difraksiyası metodu ilə otaq temperaturunda 5,4 GPa-a qədər və enerji dispersiyalı rentgen difraksiya-si metodu ilə 300-400 K temperatur intervalında 4 GPa-a qədər təzyiqdə antiseqnetoelektrik quruluşluPb2MgWO6 tədqiq edilmisdir. Pb2MgWO6 üçün antiseqneteelektrik-seqnetoelektrik faza keçidində atomun elementar həcmi-nin və atamlararası məsafənin, termik genişlənmə əmsalı-nın və sıxılma modulunun temperatur və təzyiqdən asılığı alınmışdır.

-Havanın temperaturunun,rütubətinin və günəş enerjisinin intensivliyinin fasiləsiz monitorinqini aparan və alınan nəticələri USB yaddaş kartına yazan avtonom Data Loqqer işlənib hazırlanmışdır.

-Fiziki eksperimental nəticələrin toplanması, işlənməsi və hesablanması üçün kompüter nəzarət ölçü sistemi işlənib, hazırlanıb və tətbiq olunub.

-Müxtəlif tezliklərdə ölçən RLC-2 rəqəmsal kompyuter nəzarət ölçü cihazı işlənilib və düzəldilib.

-Rastr zond mikroskopiya ilə submikron masştabda səthi zədələmədən kompleks təhlil metodikası işlənilmişdir. Metodika nanostruktur səthin eyni zamanda geniş spektrli parametrlərinin ölçülməsi üçün nəzərdə tutulur. Bu imkan verər ki, submikron masştabda səthin fiziki-kimyəvi analizinin aparılmasında rastr zond mikroskopu bir presizion alət kimi istifadə olunsun.