Səthin diaqnostikası, epitaksial və metal-keramik strukturlar laboratoriyası

Tel. (+994 12) 4324704  
Faks (+994 12) 4471456  
Elektron poçtu h.nuriyev@gmail.com 
Struktur bölmənin rəhbəri Nuriyev Hidayət Rəhim oğlu  

fiz.-riy. elmləri doktoru, professor

İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  А4В6qrup darzolaqlı birləşmələrin və bərк məhlul­ların müxtəlif altlıqlar üzərində yüksək kristal mükəmməlliyə malik epitaksial təbəqələrinin alınması, onların əsasında p-n homo-, heterokeçidlərin və spektrin İnfraqırmızı (İQ) oblastında həssas, yüksək parametrli strukturların yaradılması. Texnikada geniş tətbiq olunan Al2O3 oksidi əsaslı keramiki materialların alınması. 
Əsas elmi nəticələri Darzolaqlı PbS (Se,Te) birləşmələrinin və                       Pb1-xSnxS (Se,Te), Pb1-xMnxS (Se,Te) bərk məhlullarının müxtəlif altlıqlar üzərində elektrofiziki və optik xassələri ilə əlaqəli böyümə xüsusiyyətləri tədqiq olunmuş, yüksək kristal mükəmməlliyə malik epitak­sial təbəqələr böyüdülmüş, vahid texnoloji şəraitdə p-n homo-, heterokeçidlər alınmış, onların əsasında spektrin İQ 3¸5; 8¸14 mkm dalğa uzunluğu oblastında, 77 K temperatur­da fotohəssas elementlər, çox­ele­mentli strukturlar yaradılmış və müx­təlif təyinatlı qurğularda tətbiq olunmuş­dur. Al2O3 oksidi əsaslı keramiki materiallar alınmış,metal-keramik strukturlar hazırlan­mış və tətbiq olunmuşdur.