Bərk cisim elektronikası laboratoriyası

Tel. (+994 12) 5371104, (+994 12) 4325234  
Faks (+994 12) 5371104  
Elektron poçtu abdinov@dcacs.ab.az
Struktur bölmənin rəhbəri

Abdinov Cavad Şahvələd oğlu

AMEA-nın həqiqi üzvü, professor

İşçilərin ümumi sayı 23 
Əsas fəaliyyət istiqamətləri  Yüksək effektivlikli termo-  və maqnitotermoelektrik, fotoelektrik materiallarının, onlar əsasında elektron çeviricilərinin, ölçü və zədəsiz diaqnostika metodlarının yaradılmasının elmi əsaslarının işlənməsi və tətbiqi. 
Əsas elmi nəticələri -  Bismut tellurid, qurğuşun tellurid və bismut-sürmə bərk məhlulları əsasında yüksək effektivli və istehsalatda geniş tətbiq oluna bilən termo- və maqnitotermoelektrik ekstruziya materialları işlənmiş, onlarda elektron və fonon daşınma hadisələrinin mexanizmi müəyyənləşdirilmiş;

-  Bismut tellurid,  qurğuşun tellurid və bismut-sürmə bərk məhlulları əsasında termoelementlərdə kommutasiya kontaktlarının strukturu, elektron və fiziki-kimyəvi xassələrinin qanunauyğunluqlarının mexanizmi müəyyənləşdirilmiş, daha yüksək effektivlikli kommutasiya texnologiyası işlənib tətbiq edilmiş;

- İşlənmiş yüksək effektivlikli termo və maqnitotermoelektrik materialları əsasında 190-K-dək soyutma verə bilən, optoelektronikada geniş tətbiq olunan, parametrləri ən yaxşı dünya analoqları səviyyəsində olan bir, iki, üç və dörd kaskadlı termoelektrik soyuducuları işlənmiş və seriya ilə istehsalata tətbiq olunmuşdur.

-  Fotoelektronikada geniş tətbiq oluna bilən termoelektrik soyoduculu fotoqəbuledicilər, yeni ölçü və zədəsiz diaqnostika metodları işlənib tətbiq olunmuşdur.