Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri laboratoriyası

Tel. (+994 12) 5396795, (+994 12) 5989330
Faks (+994 12) 5989330 
Elektron poçtu oktay58@mail.ru  
Struktur bölmənin rəhbəri Professor Tağıyev Oqtay Bahadır oğlu
İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri  Üçvalentli nadir torpaq elementləri ilə ( Eu, Ce, Er, Tu, Yb) aktivləşditilmiş və ümumi düsturu II-III2-VI4 (II-Eu.Yb, Sm, Ca, Sr, Ba; III-Ga, Al; VI-S, Se, O) olan üçqat xalkogenid yarımkeçiricilər əsasında ağ işiq diodları, lazer və kompozit (lüminofor+polimer) materiallarının  alınması və işıq mənbələrinin yaradılması.
Əsas elmi nəticələri

1.İlk dəfə olaraq çoxrəngli CaGa2S4 : Ce, Pr birləşməsinin fotolüminessensiya spektrində 469, 494,516, 539, 545, 610, 632, 653, 742nm dalğa uzunluqlu maksimumlar müşahidə olunmuşdur. Göstərilmişdir ki, bu çoxrəngli fosfor 405-450nm intervalında şüalanan İnGaN göy işıq diodu ilə kombinasiya olunduqda ağ işıq mənbələri yaratmaq mümkündür.

2.Göstərilmişdir ki, həyəcanlanma gücünün sıxlığı 10-3- 108W/sm2 intervalında dəyişdikdə lüminessensiyanın spektral maksimumunun energetik vəziyyəti dəyişmir və həyəcanlanma gücünün sıxlığı 105 W/sm2 qiymətinə qədər artdıqda lüminessensiyanın efektivliyi sabit qalır.

3. İlk dəfə olaraq CaxBa1-xGa2S4:Eu2+ bərk məhlullarının FL-nın spektrlərinə və intensivliyinə temperaturun təsiri öyrənilmişdir. Temperaturun 10K-dən 300K-ə qədər artması ilə FL-nın inteqral intensivliyi yalnız 13% azalır, spektrin energetik vəziyyəti yüksək stabillik nümayiş etdirir. Müəyyən edilmişdir ki, CaxBa1-xGa2S4:Eu2+ bərk məhlullarında Ca-un miqdarının artması FL-nın temperatur sürüşməsinin azalmasına gətirir, x³0.5 olduqda sürüşmə yoxdur.