Nanokristallar fizikası laboratoriyası

Tel. (+994 12) 5393416  
Faks  
Elektron poçtu mirbaba@physics.ab.az 
Struktur bölmənin rəhbəri Babayev Mirbaba Mircavad oğlu 
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Yarımkeçiricilərdə elektron və fononların  enerji spektrləri, optik hadisələr və kinetik effektlər 
Əsas elmi nəticələri

Psevdopotensial metodundan istifadə etməklə , ilkin prinsiplərdən, güclü anizotrop quruluşa malik bir sıra yarımkeçirici birləşmələrin elektron və fonon spektrləri hesablanmışdır.

Elektron və fononların qızması və qarşılıqlı sövqü şəraitində yarımkeçiricilərdə termoelektrik və termomaqnit effektlərin nəzəriyyəsi qurulmuşdur.

Parabolik potensiallı yarımkeçirici kvant çuxurunda elektrik keçiriciliyinin, termoelektrik, qalvanomaqnit və termomaqnit effektlərin nəzəriyyəsi qurulmuşdur. Mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmi aşkar edilmişdir. Göstərilmişdir ki, parabolik potensiallı kvant çuxurunda mənfi maqnitomüqavimət ossillyator səviyyələrinin spin parçalanması və spin çevrilməsi ilə elektron səpilmələri nəticəsində əmələ gəlir.

Müəyyən edilmişdir ki, A4B6 ortorombik kristallarda təzyiq altında tam simmetriyalı aşağıtezlikli rəqslərin tezliyi azalır və hər bir kristal üçün təzyiqin müəyyən qiymətində bu rəqslərin tezliyi sıfıra gedir. Təzyiqin həmin qiyməti ətrafında ikinci növ faza keçidi baş verir: təzyiqin artması ilə həcm kəsilməz, sıxılma qabiliyyəti isə sıçrayışla dəyişir.

Statistik qüvvəni, yəni fəzada qeyri-bircins və çoxsaylı zərrəciklərdən ibarət sistemlərdə əmələ gələn qüvvəni, hamiltoniana daxil etmək üçün metod işlənib hazırlanmış və bu metodun köməyi ilə termomaqnit cərəyan hesablanmışdır.

Yarımkeçirici yarımmaqnit nanoboruda böyük radiuslu Frölix polyaronun nəzəriyyəsi qurulmuşdur. Göstərilmişdir ki, sərbəst elektronlar və maqnit ionlarının lokallaşmış elektronları arasında mübadilə qarşılıqlı təsiri polyaronun əlaqə enerjisini və effektiv kütləsini azaldır.