Bionanostrukturlar fizikası laboratoriyası

Tel. (+994 12) 5394151  
Faks (+994 12) 5395961  
Elektron poçtu sevdahasan@mail.az   
Struktur bölmənin rəhbəri Abdullayeva Sevda Həsən qızı 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Karbon nanotexnologiyası ,  karbon nanostrukturlarının  bioloji obyektlərə təsiri və onların tətbiqi
Bərk cisim fizikası  (işıqlanma və sensorlar) 
Əsas elmi nəticələri İnsanda və ev heyvanlarında bir sıra təhlükəli xəstəliklərin törədəcilərinin praymerləri (DNT zəncirinin qısa süni ardıcıllıqları) sintez olunub: Malaria sp. (malyariyanın törədicisi), Toxoplasma gondii (hamilə qadınlarda dölün itirilməsi və şikəst doğulması), Eimeria tenella (ev quşlarında eymerioz törədicisi), Yersinia pestis (taun xəstəliyin törədicisi).
MOKQÇ texnologiyası ilə alınmış InGaN/GaN ÇKÇ heterokeçidlər əsasında işıq verimi 130 Lm/W və işçi gərginliyi 30V olan effektiv, enerji qənaətcil (50-80%) və uzunömürlü (~50 000 saat) fosfor çevirici ağ işıq lampası hazırlanmışdır.