Quruluş və quruluş çevrilmələri laboratoriyası

Tel. (+994 12) 5392135  
Faks  
Elektron poçtu yusifasadov@rambler.ru  
Struktur bölmənin rəhbəri Əsədov Yusif Qəzənfər oğlu 
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri 

Yarımkeçiricilərdə quruluş və quruluş-faza keçidlərinin tədqiqi

Əsas elmi nəticələri

1.Steximetrik nisbətdə götürülmüş Cu, S, Se elementləri əsasında üçlü Cu4SSe birləşmə sintez edilmişdir. Rentgen-faza analizi nəticəsində kristalın triqonal sinqoniyada kristallaşması müəyyən edilmişdir. Onun qəfəs sabitləri а= 4.021(1), с = 6.838(1) Å, fə.qr. P m1, Z = 1, Dx = 6.333(3) q/sm3, V = 95.75(4).Nümunənin kristal quruluşu açılmış və onun dəqiqlik faizi RBreqq = 0.40% olmuşdur.

2.GaIn3Se6 tərkibli bərk məhlul kristallları sintez edilmişdir. Onun qəfəs parametrləri: a = 7.051(3) Å, c = 19.148(2) Å, fə.qr. P61, z = 6, V = 824.4332(4) Å3 , ρ = 5.379(2) q/sm3. Nümunənin kristal quruluşu açılmış və müəyyən edilmişdir ki, qəfəsdə olan 9 İn atomlarından 6-sı triqonal bipramidada, 3 Ga və 3 İn atomları isə tetraedrik vəziyyətdə paylanmışlar.

3.Cu4Te1.5Se0.5 tərkibli bərk məhlulu sintez edilmişdir. Rengenoqrafik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, sintez edilmiş nümunə triqonal sinqoniyada kristallaşır. Onun qəfəs parametrləri ah=8,2319(11) Å, сh=21,4145(23) Å, V=1089,811(12) Å3, fə.qr. Р3m1, Z=22, x=7,33 q/sm3. Yüksək temperaturlu rentgen difraksiya üsulu aparılmış və tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, otaq temperaturlu -Cu4Te1.5Se0.5 faza Т=7503К-də iki fazaya parçalanır: heksaqonal-Cu2Te0.5Se0.5 (а=4,231 Å, с=7,223 Å) və kubik-Cu2Te (а=6,049 Å). Müəyyən edilmişdir ki, T=800K5К temperaturda hər iki aralıq faza parametri а=6.061 Å olan vahid kubik quruluşa keçir.

4.M.H. Kazımov tərəfindən monokristallik təbəqələrin, nanozərrəciklərin, nanoboruların və s. kristallik quruluşlarının və incə quruluş effektlərinin öyrənilməsində əvəzəlunmaz üstünlüklərə malik olan yeni elektron difraksiya metodları işlənib hazırlanmışdır ki, bu metodları tətbiq etməklə əks qəfəsin istənilən hissəsinin düyünlərini qanunauyğun şəkildə Evald müstəvisi üzərinə yığmaq olur və reflekslər sadə Pifaqor düsturu ilə asanlıqla araşdırılır.