Biopolimerlərin və toksinlərin spektroskopiyası

Tel. (+994 12) 5106933 
Faks  
Elektron poçtu ogassymov@mednet.ucla.edu  
Struktur bölmənin rəhbəri Prof., f-r.e.d., Qasımov Oqtay Kazım oğlu  
İşçilərin ümumi sayı 6
Əsas fəaliyyət istiqamətləri  •Fluoressensiya (dayanıqlı-tarazılıq və zamanla ayırd edilmiş), elektron paramaqnit resonansı (spin nişanlanma) və dairəvi dixroizm  spektroscopiyası metodlarını tədbiq etməklə zülalların struktur və dinamikasının tədqiqi.

•Xarici fiziki amillerin bioloji structurlara təsirinin molekular səviyyədə tədgigi

•Biopolimerlərin struktur və dinamikasının tədqiqi üçün yeni spektroscopik metodların yaradilması

Əsas elmi nəticələri Nöqtəvi idarə olunan triptofan fluoressensiyası metodu yaradılmış və onun vasitəsi ilə göz yaşı lipokalini zülalının məhlul quruluşu təyin edilmişdir (Los Anjeles şəhərindəki Kaliforniya universiteti ilə birgə). Göz yaşı lipokalini zülalının rentgent structur analizi təyin edilmiş quruluşu təsdiq etmişdir.

Qeyri-radiativ rezonans enerji ötürülməsi hadisəsindən isifadə etməklə göz yaşı lipokalini zülalının CD və EF halgaları arasında mesafə ölçülmüş və pH-dan asılı dəyişmələr təyin edilmişdir.

Zülaların lokal etrafını təgqiq etmek üçün nöqtəvi idarə olunan dairəvi dixroizm spektroscopiyası metodu yadilmişdır. Gostərilmişdir ki, Trp amin turşusunun 1La və 1Lb elektron keçidlərini zülalın lokal hissələri haqqinda melumat almaq üchun istifadə etmək olar (Los Anjeles şəhərindəki Kaliforniya universiteti ilə birgə).