Elektronoqrafiya

Tel. (+994 12) 5395140
(+994 55) 6996226  
Faks  
Elektron poçtu icabir@hotbox.ru  
Struktur bölmənin rəhbəri f.e.d. Cabir İbrahim oğlu İsmayılov 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Nanoölçülü laylarda ifratquruluşlu kristallik qəfəslərin mövcudluğunun müəyyən edilməsi və onlar əsasında epitaksiaı təbəqələrin kristallik qəfəs parametrlərinin presizion dəqiqliklə idarə edilməsini təmin edən bərk məhlulların yaranma şəraitlərinin təyin olunması. 
Əsas elmi nəticələri

İlk dəfə olaraq A B 3 C 26 və A 3 B 3 C 26 kimyəvi birləşmələr qrupuna daxil olan üçqat birləşmələrin tekstur və monokristallik – epitaksial təbəqələri qismində mövcud olan və ilkin quruluşlarla sadə münasibətlər təşkil edən ifratquruluşlu fazaların mövcudluğu müəyyən edilmiş, onların yaranma xüsusiyyətləri təyin olunmuş və formalaşmalarının mexanizmi verilmişdir.

Kimya və fizikada nadir hallarda müşahidə edilən reaksiya nəticəsində, yəni qalay və germanium elementlərinin A 1 B 3 C 26 və A 3 B 3 C 26 qruplarına aid olan birləşmələrə aşqar qismində daxil edilməsi nəticəsində, onların ifrat quruluşlu fazaları əsasında bərk məhlullar alınaraq tədqiq edilmişdir.