Molekulyar spektroskopiya

Tel. (+994 12) 5372366, (+994 12) 4324268  
Faks  
Elektron poçtu qajar666@mail.ru  
Struktur bölmənin rəhbəri Qacar Çingiz Oveys oğlu 
İşçilərin ümumi sayı 27 
Əsas fəaliyyət istiqamətləri  Biratomlu spirtlərin,  onların törəmələrinin, atomar qazların,  polyar mayelərin mikrodalğalı, lazer, dielektrik  spektroskopiyaları, kolloid–maye kristallik sistemlərin optik xassələrinin tədqiqi.    
Əsas elmi nəticələri Ilk dəfə olaraq etil, propil, izopropil spirti molekullarının və etilmerkaptanın fırlanma spektrləri deşifrə olunmuş, onların quruluş-konformasiya təhlili aparılmış, struktur parametrləri və dipol momentləri təyin edilmişdir.  Ilk dəfə olaraq bu molekulların fırlanma spektrlərində Radiodalğa-Mikrodalğa, Mikrodalğa- Mikrodalğa ikiqat kvant  rezonansları müşahidə edilmişdir.

Ilk dəfə olaraq bəzi biratomlu spirtlərin molekullarının fırlanma spektrlərində qаdаğаn оlunmuş keçidlər aşkar edilmiş və  identifikasiya edilmişdir.

Laboratoriyada nəzəri olaraq müəyyən edilmiş orjinal optik effektlər əsasında yeni perspektivli istiqamət – “Nazik qaz qutularında doplerdaxili yüksək ayırdetmə spektroskopiyası” yaradılmışdır. Bu cür çoxtəbəqəli qaz qutuları atomların (molekulların) nizamlanmış sellərinin miniatür anoloqlarından ibarətdir və yeni kompakt spektrometrlərin və optik tezlik standartlarının əsası kimi tətbiq oluna bilər. Laboratoriyada təklif olunan bu spektroskopik metod atomun quruluşunun dəqiq spektral analizi  və həmçinin lazer tezliyinin yüksək dəqiqliklə stabilləşdirilməsi məqsədləri ilə Fransada, Yaponiyada, Çində, Türkiyədə, Uruqvayda və Latviyada uğurla tətbiq olunmuşdur.