Parazitologiya laboratoriyası

Tel. (+994 12) 5397482 
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Qara Hüseyn oğlu Fətəliyev

Biologiya üzrə elmlər doktoru 

İşçilərin ümumi sayı 19
Əsas fəaliyyət istiqamətləri  Parazitlərin növ müxtəlifliyi, yayılması, mənşəyi və formalaşması;

Parazitlərin mikromorfologiyası, ultrastrukturu, histokimyəvi göstəriciləri, say dinamikası; Parazitlərin biologiyası və fərdi inkişafı;

Parazitlərlə yoluxmanın mövsümdən, mühit amillərindən, sahiblərin populyasiya və yaş strukturundan asılı olaraq dəyişkənliyi;

Su heyvanlarının parazit faunasının müqayisəli-ekoloji təhlili;

Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları;

Müxtəlif sistematik qruplardan olan parazitlərin epizootoloji və epidemioloji əhəmiyyəti;

Antihelmint preparatlarının parazitlərə təsiri;

Balıqların parazitar xəstəliklərinin diaqnostikası, profilaktika və müalicəsinin təşkili;

Azərbaycanda məməli heyvanların, sürünənlərin, quşların və bitkilərin helmintlərinin növ müxtəlifliyi, onların bioekoloji xüsusiyyətləri, landşaft-ekoloji zonalar üzrə yayılması, helmint faunanın formalaşması yolları, epidemioloji və epizootoloji əhəmiyyət kəsb edən helmint növlərinin müəyyən edilməsi və onlara qarşı profilaktik mübarizə tədbirlərinin işlənib hazırlanması, başlıca helmintlərin təbii ocaqlılığının aşkar edilməsi.

Əsas elmi nəticələri Хəzər dənizi balıqları parazitlərinin növ tərкibi, mоrfоlоgiyası, eкоlоgiyası, faunasının mənşəyi və fоrmalaşması əsaslı öyrənilərək, müхtəlif təsnifat qruplarına aid оlan 371 növ parazit aşкar edilmişdir. Azərbaycanın daxili su hövzələrində, xüsusilə Kür çayı hövzəsinə daxil olan sututarlarda və Xəzər dənizinin bütün sahil zoıağında balıq parazitlərinin növ tərkibi öyrənilmiş, parazitlərin ekoloji, zoocoğrafi və epizootoloji təhlili həyata keçirilmişdir. Elm üçün 2 yeni cins və 26 yeni növ müəyyən edilmişdir. Azərbaycanın şirin su hövzələrində yayılan mollyuskların trematod faunasının kompleks zooparazitoloji və populyasiya-ekoloji tədqiqi həyata keçirilmiş, bu onurğasızların respublika ərazisində 200-ə yaxın trematodun birinci aralıq sahibi olduğu müəyyən edilmişdir. İlk dəfə Azərbaycan ərazisində kompleks parazitoloji tədqiqatların obyekti olan Melanopsis praemorsa L.,1758 mollyuskunda tapılan unikal trematod faunasının dünyanın heç bir yerində və heç bir başqa sahibdə rastlanmadığı müəyyən edilmişdir. Bu mollyusklardan elm üçün ilk dəfə qeyd edilən 33 növ serkarinin mikromorfoloji şəkilləri və müvafiq morfoloji təsvirləri hazırlanaraq növlər sənədləşdirilmişdir Su onurğalılarının (balıqlar, amfibilər və reptililər) ibtidai qan parazitlərinin fauna, morfologiya, biologiya və ekologiyası, həmçinin təkamül xüsusiyyətləri tədqiq edilmişdir. Azərbaycanın balıqçılıq təsərrüfatlarında yayılan və balıqçılığa ciddi ziyan vuran parazitar xəstəliklər müəyyən edilmiş, onların müxtəlif amillərdən asılılığı müəyyənləşdirilmişdir; Ağcaqanad sürfələrində parazitlik edən mikrosporidilərin növ tərkibi, sahiblərlə qarşılıqlı münasibətləri, say dinamikasına təsiri, coğrafi və mövsümi yayılması tədqiq edilmişdir. Labоratоriyada 40 il ərzində aparılan tədqiqatlar əsasında 800-dən artıq elmi məqalə və 15 mоnоqrafiya çap edilmiş, 8 nəfər elmlər dокtоru, 27 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. İlk dəfə olaraq, gəmiricilərdə trematod, sestod, akantosefal və nematod siniflərinə aid 70 növ helmint aşkar edilmişdir. Bunlardan 2 növ Qafqaz faunası, 9 növ isə Azərbaycan faunası üçün yenidir. İlk dəfə olaraq, Azərbaycanda 19 növ oribatid gənələrinin gövşəyən heyvanlarda parazitlik edən monieziyaların aralıq sahib olması müəyyən edilmişdir. Vəhşi və əhli ətyeyən heyvanlarda aşkar edilmiş 26 növ helmintdən Centrorhynchus itatsinis, Taenia servi, T.laticollis, Plagiorchis elegans, Pharyngostomum cordatum, Euparyphium melis, Diplopylidium skryabini, Rictularia affinis növləri ilk dəfə aşkar edilmişdir. İlk dəfə olaraq, 7 növ helmint üçün yeni sahib müəyyən edilmişdir.