Geotektonika və regional geologiya şöbəsi

Tel. (+994 12) 5394476
Faks (+994 12) 5394476
Elektron poçtu tkangarli@gmail.com
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Kəngərli Tələt Nəsrulla oğlu
İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri  Respublika ərazisinin yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşunun və təşəkkülünün qanunauyğunluqlarının öyrənilməsi və təfsiri;

Yer qabığının inkişafının əsas mərhələ və dövrlərinin tədqiqi, onun geodinamik təkamülü və müasir strukturunun təşəkkülü proseslərinin rekonstruksiyası və modelləşdirilməsi;

Litosferin inkişafının ən yeni mərhələsində baş verən tektonik hadisə və geodinamik proseslərin öyrənilməsi;

Seysmik və ekzogen proseslərin tektonik qanunauyğunluqlarının tədqiqi, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi və təhlili, təbii fəlakətlər riskinin proqnozlaşdırılması;

Müxtəlif faydalı qazıntıların əmələgəlmə və paylanması ilə yer qabığının geoloji-tektonik quruluşu arasında qarşılıqlı əlaqələrin öyrənilməsi;

Qafqazın tektonikası və regional geologiyası üzrə beynəlxalq səviyyədə, o cümlədən qonşu dövlətlərin elmi təşkilatları ilə əlaqələrin və informasiya mübadiləsinin həyata keçirilməsi və genişləndirilməsi.

Əsas elmi nəticələri 1 – Azərbaycan Respublikası və qonşu  ərazilərə xas olan neotektonik və ən yeni tektonik hərəkətlərin və onlarla əlaqəli seysmik hadisələrin təhlili və təfsiri (2000-2016-cı illər); yekun nəticələrin nəşr edilmiş əsərlərdə işıqlandırılması:   “Azərbaycanın neotektonikası və gec orogen geodinamikasının bəzi aspektləri” – Bakı, 2004-cü il (rus dilində); “Azərbaycanın seysmik ocaqlarının tektonik tipləri” – Bakı, 2004-cü il (rus dilində); “Alp-Himalay orogen qurşağı Qafqaz seqmentinin neotektonik mərhələdə geodinamikası” – Bakı, 2010-cu il (rus dilində);   2 – Böyük Qafqazın Azərbaycan hissəsinın  geoloji-tektonik quruluşu və alp geodinamik təkamülü modellərinin  müasir mövqedən işlənilib hazırlanması – 2003-2010-cu illər; 3 – Xəzər dənizi və onun haşiyəsinin 1:2500000 miqyaslı Beynəlxalq tektonik xəritəsi və İzahat kitabçası (Xəzəryanı dövlətlərin mütəxəssisləri ilə birlikdə) – Moskva, 2003-cü il (rus dillərində); 4 – “Azərbaycanın geologiyası” kollektiv monoqrafiyası, V cild, Tektonika – Bakı, 2005-ci il (rus dilində); 5 – Xəzər dənizi və onun haşiyəsinin 1:2500000 miqyaslı Beynəlxalq tektonik xəritəsi və İzahat kitabçası (Xəzəryanı dövlətlərin mütəxəssisləri ilə birlikdə) – Moskva, 2006-cı il (ingilis dilində); 6 – Azərbaycan Respublikasının 1:500000 miqyaslı yeni Geoloji xəritəsi – Bakı, 2008-ci il; 7 – Azərbaycan Respublikası və ətraf ərazilərin 1:500000 miqyaslı geodinamik əsaslı yeni Tektonik xəritəsi – Bakı, 2011-ci il; 8 – “Azərbaycan Respublikasının Atlası”-nda çapdan çıxmış Azərbaycan Respublikasının 1:2750000 miqyaslı Geoloji xəritəsi – Bakı, 2011-ci il; 9 – Azərbaycan Respublikası ərazisinin 1:750000 miqyaslı Tektono-geodinamik rayonlaşdırma xəritəsi – Bakı, 2012-ci il; 10 –  Azərbaycan Respublikasının 1:750000 miqyaslı Neotektonik xəritəsi – Bakı, 2012-ci il; 11 – Abşeron yarımadası və bitişik Xəzər dənizi akvatoriyasının 1:100000 miqyaslı geoloji xəritəsi – Bakı, 2012-ci il; 12 – “Azərbaycan Respublikasının geoloji irsi” monoqrafiyası  – Bakı, 2012, 2013 və 2015-ci illər (azərbaycan, ingilis və rus dillərində); 13 – Qafqazın tektonik quruluşunun müasir GİS–modeli (aparıcı İsveçrə və Qafqaz mütəxəssisləri ilə birlikdə) – 2013-cü il; 14 – Azərbaycan Respublikasının 1:750000 miqyaslı Geoloji xəritəsi – Bakı, 2013-cü il; 15 – Azərbaycan Respublikasının 1:1000000 miqyaslı Palçıq vulkanları xəritəsi – Bakı, 2013-cü il; 16 – “Azərbaycan Respublikasının 1:1000000 miqyaslı Minerageniya xəritəsi – Bakı, 2014-cü il; 17 – “Azərbaycan Respublikasının Milli Atlası”-nda yerləşdirilmiş 1:1500000 miqyaslı xəritələr: Respublikanın Geoloji xəritəsi, Respublikanın Neotektonik xəritəsi, Respublika ərazisinin Tektonik rayonlaşdırma xəritəsi, Abşeron yarımadasının Geoloji quruluşu xəritəsi, Naxçıvan MR-in Geoloji quruluşu xəritəsi, Palçıq vulkanları xəritəsi – Bakı, 2014-cü il; 18 – “Azərbaycanın geologiyası” kollektiv monoqrafiyası, I cild, Tektonika bölməsi – Bakı, 2015-ci il; 19 – “Naxçıvan Muxtar respublikasının stratiqrafiyası” monoqrafiyası – Bakı, 2015-ci il; 20 – “Qərbi Azərbaycanın təbii sərvətləri (Gəncəbasar və Qarabağ)” kollektiv monoqrafiyası (ingilis dilində) – Bakı, 2016-cı il; 21 – Naxçıvan MR ərazisinin geoloji-tektonik quruluşunun müasir mövqedən təkmilləşdirilmiş modelinin işlənilib hazırlanması – 2013-2016-cı illər; 22 – “Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyası” kollektiv monoqrafiyası, I cild, Geoloji quruluş bölməsi – Bakı, 2016-cı il; 23 – İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər regionunun 1:5000000 miqyaslı Seysmotektonik xəritəsi – Tehran, 2016-cı il.