Geomaqnetizm şöbəsi

Tel. (+994 12) 5101165
Faks (+994 12) 5372285
Elektron poçtu manija-isa@mail.ru
Struktur bölmənin rəhbəri geologiya-mineralogiya elmləri doktoru, professor İsayeva Mənijə İsa qızı
İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  Paleomaqnitologiya – Yerin maqnit sahəsinin keçmiş geoloji epoxalarını, sənayesinin bir sıra qovşağında(stık) yaranan fizika, geofizika və geologiya- hal-hazırda Yer elmində daha cox aktivliyi özündə “inkişaf nöqtəsi” ifadə edən elmdir. Paleomaqnitologiya öz elmi tədqiqat metodikası, tədqiqat nəticələrinin tətbiq olunduğu obyektləri və nəticələrinin tətbiq sahəsi olan müstəqil elmdir.

Paleomaqnitologiya, paleomaqnetizmin sahəsini, yəni geoloji keçmişdə geomaqnit sahəsini öyrənir, hansı ki, dağ süxurlarının təbii qalıq maqnitləşmənin vektorlarında özünə məxsus iz qoyur. Geoloji keçmişdə geomaqnit sahəsinin məkan və zamana görə dəyişməsinin paylanması, hansılar ki, süxurlarda qanunauyğun iz salıblar və sonralar da davamlı olaraq öyrənilir. Bütün bu əmələgəlmələr Yer quruluşunun öyrənilməsində və evolyusiyasında, həmçinin, praktiki geologiya məsələlərinin həllində öz tətbiqini tapır.

Əsas elmi nəticələri Şöbədə aparılmış kompleks eksperimental tədqiqatlar aşağıdakı nəticələri almağa imkan yaratdı:      

- İlk dəfə olaraq Azərbaycanın fanerazoy dövrünün istinad maqnit-stratiqrafik şkalası tərtıb edilmişdir, bu da öz növbəsində çökmə qatların stpatifikasiyasının əsasını, yaşa görə ayrılmasını, kontinental və dəniz çöküntülərinin stratiqrafik korrelyasiyasını və sərhədlərin əsaslandırılmasını təşkil edir;

- Cənubi Xəzərin çökmə süxurlarının maqnit-stratiqrafiyası pliosen-qolosen çöküntülərini ayırmağa, neft-qaz strukturlu sahələrdə korrelyasiyanın aparılmasına və paleomaqnit məlumatlarına əsasən yaranma tarixini dəqiq təyin etməyə kömək edir;

- Dərinyatma çöküntülərin paleotektonik kriteriyaları aşkar edilmiş və paleoen    dairəsi təyin edilmişdir. Süxurların episentir zonası yaxınlığında qalıq maqnitləşmənin dəyişməsi dönmə prosesləri ilə təyin olunub, geomaqnit sahəsinin lokal variasiyasının  gərginliyində öz əksini tapır (seysmomaqnit müjdəçilər);

- Paleomaqnit məlumatlara əsasən Kiçik Qafqazın tektonik inkişaf tarixi dəqiqləşdirilmiş və onun bloklu quruluşu, maqmatik ocağının yatma dərinliyi göstərilmişdir.

- Alınan məlumatlar əsasında plitələrin kinematik parametrləri təyin edilmiş, Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin əsas plitəsinin paleotektonik  rekonstruksiyası aparılmışdır  və alınan məlumatların qonşu ərazilər ilə müqayisə edilmişdir,

- İlk dəfə olaraq Azərbaycan Respublikası ərazisinin  “Anomal maqnit sahəsi” adlı xəritəsi qurulmuşdur( izoxətlərlə), miqyas 1:750000