Palçıq vulkanizmi şöbəsi

Tel. (+994 12) 5394052
Faks (+994 12) 4975285
Elektron poçtu ad_aliyev@mail.ru
Struktur bölmənin rəhbəri geologiya-mineralogiya elmləri doktoru, professor Əliyev Adil Abas Əli oğlu
İşçilərin ümumi sayı 13
Əsas fəaliyyət istiqamətləri  Palçıq vulkanizmi, dərində yatan çöküntülərin karbohidrogen perspektivliyi, alternativ-yanacaq enerji resursları
Əsas elmi nəticələri 1. Palçıq vulkanizminin əmələgəlməsi, inkişafı və təzahürü kaynozoyda baş verən proseslərlə əlaqəsi elmi təsdiq edilmişdir;

2. Palçıq vulkanlarının yayıldığı ərazilərdə dərin gömülmüş neft-qaz yataqlarının geokimyəvi axtarış metodu və kəşfiyyat strukturlarında sönmüş sualtı palçıq vulkanlarının xəritəyəalma üsulu işlənmiş və tədbiq olunmuşdur;

3. Palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsi və seysmiklik ilə əlaqəsi aşkar olunmuşdur (qazhidrogeokimyəvi göstəricilərə görə);

4. Palçıq vulkanlarının və onların təzahürlərinin submeridional regional qırılmalar və en dairəsi istiqamətli antiklinal zonalar boyunca məkanca paylanma qanunauyğunluqları müəyyən edilmişdir;

5. Dünyada alternativ yanacaq-enerji resursları kimi geniş istifadə olunan (45 növ yanacaq, tibbi, tikinti, kənd təsərrüfatı və s. məhsul alınır) yanar şistlərin Azərbaycanda ilk dəfə olaraq geoloji-geokimyəvi tədqiqi aparılmış, onların proqnoz ehtiyatları hesablanmış və təcrübi əhəmiyyətli yataq və təzahürləri müəyyənləşdirilmişdir.

6. İlk dəfə olaraq Azərbaycanın yanar şistlərinin və təbii bitumlarının 1:1 000 000 miqyasında xəritəsi hazırlanmışdır;

7. İlk dəfə olaraq, Azərbaycanın palçıq vulkanı tullantılarında piritin izotop-geokimyəvi analizi aparılmış, δ34S izotopunun miqdarı ilə vulkan sularında sulfatlı kükürdün genetic əlaqəsi və piritin δ34S izotopunun paylanmasında məkan zonallığı müəyyən edilmişdir.