Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Neyrofiziologiya laboratoriyası

Neyrofiziologiya laboratoriyası
Tel. (+994 12) 432 37 44   
Faks (+994 12) 432 67 68  
Elektron poçtu zakphys@hotmail.com  
Struktur bölmənin rəhbəri

Zakir Hüseyn oğlu Məmmədov  

Biologiya elmləri doktoru, professor
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyada aparılan fundamental elmi tədqiqatların əsas istiqaməti MA-erqik neyromodulyator sistemlərin sinir proseslərinin plastiki təminatında iştirakının hüceyrə və sistem mexanizmlərinin tədqiqinə həsr olunub.
Əsas elmi nəticələri
  • Makro- və mikroelektrod texnikasının köməyi ilə müəyyən edilmişdir ki, MA-erqik neyrotransmissiyanın sinir proseslərinin tənzimlənməsində iştirakı ikilik prinsipinə əsaslanır – sinaptik və qeyri sinaptik (elektriklə qıcıqlanan membranın Са-asılı K- keciriciliyinin modulyasiyası). Konsepsiyanın əsas xüsusiyyəti sinaptik və qeyri sinaptik keçiricilik arasında münasibətlərin komplementar xarakterə malik olmasıdır;
  • EEQ-nin alfa diapazonunda modulyasiya olunmuş aşağı intensivli ifrat yuksək tezlikli (41,7 MHs) elektromaqnit dalğaların təsiri 5-HT-erqik sistemin aktivliyini ləngidərək təlim və yaddaş proseslərin formalaşmasına tormozlayıcı təsir göstərir;
  • Erkən emosional gərginliyin uzaqlaşdırılmış təsir effektlərinin nəticələri beynin qabıq və qabigaltı strukturlarında biogen monoaminlərin (5-HT, NA) miqdarının azalması və koqnitiv proseslərin zəyifləməsi ilə nəticələnir. Bu effektlərin fəsadları beynin emosional və konitiv fəliyyətinin fnksional pozuntularında əks olunur;
  • Torlu qişanın eksperimental patalogiyası şəraitində beynin emosiogen və MA-erqik neyromodulyator sistemlərinin ayrı-ayrı komponentlərinin yaranmış patalogiyanın bərpasında tədqiqinin nəticələrinə əsasən müəyyən edilmişdir ki, hipotalamusun SCN və 5-HT-erqik sistemin nR nüvələrinin birgə aktivləşməsi effektiv neyroprotektor xüsusiyyətinə malikdir.