Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyası

İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyası
Tel.

Mobile: (+994 50)  3360684

Office: (+994 12) 4323374  
Faks (+994 12) 4326768 
Elektron poçtu arifmekht@yahoo.com  
Struktur bölmənin rəhbəri Arif Əlövsət oğlu Mehdiyev

Biologiya elmləri doktoru

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 
  • Anadangəlmə və şərti-reflektor davranışların yaranmasının əsasında duran neyrotransmitter serotonin ilə tənzimlənən zülalların iştirakının tədqiqi.
  • Narkotik asılılığın korreksiyasının immunokimyəvi üsulunun işlənməsi.
  • Mahmız qurbağaların (Xenopus laevis) və su əjdaha ilbizinin (Lymnaea stagnalis) embri­onlarının müxtəlif mərhələlərində serotonin-modullu zülalların rolunun öyrənilməsi.
  • Müxtəlif mənşəli mutagenez proseslərin gedişində serotoninergik sistemin qoruyucu rolunun öyrənilməsi.
  • Bədxassəli şişlərin kök hüceyrələrinin differensiasiya prosesinin serotoninergik sisteminin tənzimedici mexanizmlərinin öyrənilməsi.
Əsas elmi nəticələri -   
  • Müsbət (növbəli qaçış modeli) və mənfi (məkik kamerası – shuttle box – modeli) möhkəmlənməyə əsaslanan müxtəlif şərti-reflektor model­lərində siçovul üzərində aparılmış tədqiqatların nəticələri göstərir ki, yaddaş izlərinin yaranmasında serotonin-modullu antikonsolidasiya zülalı (SMAZ; Mekhtiev, 2000) mənfi tənzimedici aktivliyə malikdir. Siçovul üzərində aparılan tədqiqatlarda təlimdən qabaq beyinin yan mədəciyinə SMAZ-ın yeridilməsi məkik kamerası və növbəli qaçış modellərində yaddaş izlərinin yaranmasını pozurdu (p<0.001; Гусейнов, Мехтиев, 2012; Mekhtiev et al., 2015). Digər tərəfdən, müsbət möhkəm­lənməyə əsaslanan şərti-reflektor növbəli qaçış və instrumental differensiasiya modellərində təlimdən qabaq SMAZ-a qarşı anticisimlərin siçovullara beyindaxili yeridilməsi yaddaş yaranmasının sürətini və keyfiyyətini (düzgün cavabların faizi) artırırdı (p<0.001; Mekhtiev, Asadova, 2018).
  • Ada dovşanları üzərində penisilinin təsirindən yaradılmış epilepsiya modelində göstə­rilib ki, epileptik qıcolmalar zamanı heyvanlarda klonik qıcolmalar və beyinin dördtəpə cismin yuxarı qabarlarında və görmə qabığında işığın təsirindən yaradılmış potensialların amplitudasının kəskin şəkildə artması müşahidə olunur. Heyvanlara əzələdaxili SMAZ-nın yeridilməsindən 20-25 dəq sonra klonik qıcolmalar kəsilirdi və yaradılmış potensialların amplitudaları qıcolmadan əvvəl olan qiymətlərə qayıdırdı. Alınmış nəticələr epileptik qıcolmalar patogenezində serotonin aktivliyinin zəifləməsini söy­ləməyə imkan verir (Mekhtiev et al., 2015).
  • Ada dovşanları üzərində monoyodsirkə turşusu ilə yaradılan torlu qişa piqment distrofiyası modelinin ağır formasında göstərilib ki, torlu qişada rodopsin və 70 kDa istilik şoku zülalının (İŞZ70) miqdarının nəzərəçarpan dərəcədə azalması və hipo­talamusda SMAZ-ın miqdarının ciddi şəkildə artımı müşahidə edilir (p<0.001). Torlu qişa piqment distrofiyası olan heyvanların gözünün şüşəvarı cisminə SMAZ-ın yeridilməsi torlu qişada rodopsin və İŞZ70 miqdarının artmasına gətirib çıxarır (p<0.001; Исмайлова, Мехтиев, 2018). Torlu qişada piqment distrofiyası diaqnozu olan xəstələrin qanının zərdabında SMAZ-a qarşı təbii autoanticisimlərin miqdarının sağlam könüllülərə nisbətən etibarlı dərəcədə azalması qeyd olunur (p<0.01). Bütövlükdə nəticələr torlu qişada piqment distrofiyası olan xəstələrdə hipotalamusun serotonergik sisteminin aktivliyinin azalmasını  güman etməyə əsas verir.
  • Balıqlar üzərində aparılan tədqiqatların nəticələri göstərir ki, ağır metallar və poliaromatik hidrokarbonlar ilə çirklənmiş suyun təsirindən somatik hüceyrələrdə mutagen dəyişikliklərin (mikronüvə testi) miqdarının kəskin, 5 dəfəlik artımı (p<0.001) müşa­hidə edilirdi. Çirklənmiş suya salmamışdan qabaq balıqlara əzələdaxili SMAZ-ın yeridilməsi mutasiyaların miqdarının 50% enməsi ilə nəticələnirdi (p<0.01; Мехтиев, Мовсум-заде, 2008)). Digər tərəfdən, təmiz suda saxlanılan balıqlara SMAZ-a qarşı anticisimlərin əzələdaxili yeridilməsi qeyri-immun γ-qlobulinləri alan (kontrol) heyvanlara nisbətən mutasiyaların miqdarının artmasına (p<0.01) səbəb olurdu (Мехтиев и др., 2010).
  • Morfinin öz-özünə yeridilməsi modelində siçovul üzərində aparılan tədqiqatların nəticələri göstərdi ki, narkotik asılılığın stabil səviyəsinə çatmış heyvanların beyin­ qabı­ğının qur­şaq qırışığısında SMAZ-ın miqdarının 67% qədər artımı (p<0.001) müşahidə olunurdu. Narkotik asılılığın stabil səviyəsinə çatmış heyvanlara əzələdaxili SMAZ-a qarşı antisimlərin yeridilməsi morfin sərfinin 5-7 dəfə azalmasına gətirib çıxardırdı (p<0.001). SMAZ-a qarşı anticisimlərin bu cür narkotik asılılığın susdurucu təsiri 8 gün ərzində davam edilirdi (Мехтиев и др., 2014; Mekhtiev et al., 2015). Alınmış nəticələr narkotik asılılığın SMAZ-a qarşı anticisimlərin iki istiqamətli təsirin etdirilməsi qənaətinə gəlməyə imkan verir: bir tərəfdən anticisimlər sinir hüceyrələrinin daxilinə serotonin siqnalının ötürülməsini dayandırırlar, digər tərəfdən isə onlar heyvanlarda morfinin yeridilməsindən sonra güclü pozitiv emosiyalar yaranmaması, neqativ yaddaş izlərini formalaşdırır.
  • Mahmız qurbağalarının (Xenopus laevis) embrionlarının bütöv orqanizmində müxtəlif mərhələrində SMAZ-nın miqdarı dolayı immuno-enzim testi vasitəsilə təyin olunub və göstərilib ki, neyrula mərhələsinin axırına qədər SMAZ-ın miqdarı stabil qaldıqda, sonrakı inkişaf mərhələrində onun miqdarının müntəzəm azalması müşahidə edilir. Mahmız qurbağalarının embrionlarının blastula mərhələsində embrionlar mühitinə SMAZ-ın əlavə etdiqdən sonra bütün embrionların tələfatı qeyd olunur (Aminov, Mekhtiev, 2017).
  • Su əjdaha ilbizinin embrionlarının blastula mərhələsində embrionlar mühitinə SMAZ-ın əlavə etdiqdən sonra bütün embrionların inkişafında ciddi ləngimə, bir neçə mərhələ geri qalması aşkar olunur (Мехтиев и др., 2016).
  • Həm mahmız qurbağalarının, həm də su əjdaha embrionlarının pre-metamorfoz mərhələsində mühitə SMAZ-ın əlavə edilməsi inkişafın kəskin sürətlənməsinə gətirib çıxarır. Xüsusən mahmız qurbağalarının embrionlarında metamorfozu iki mərhələ tez keçməsi müşahidə olunur (Мехтиев и др., 2016; Aminov, Mekhtiev, 2017).
  • Azərbaycan Respublikası ərazisindən axan və müxtəlif çirklənmə səviyyəsi olan çaylarda məskunlaşan qıcovçu balıq (Alburnoides bipunctatus eichwaldi) fərdlərinin üzərində tədqiqatlar aparılıb. Tədqiqatların nəticələri göstərir ki, bu balıqların toxumalarında SMAZ-ın miqdarı yüksək səviyyədə olduğu halda heyvanların orqanizmində çox zərərli maddələrin yüksək dozasına (fenolun qəbul edilmiş qatılıqından 3 qat yüksək olan dozası) qarşı adaptasiya prosesi qeyd olunur. Digər tərəfdən, həmin zərərli maddənin daha yüksək dozasından heyvanların toxumalarında SMAZ-ın miqdarının enməsinə və müdafiə resurslarının tükənməsinə görə disadaptasiya prosesi müşahidə olunur.
  • Bu cür tədqiqatların nəticələri çəki balıqları üzərində aparılmış tədqiqatların nəticələri ilə dəstəklənir. Xüsusən, neonikotinoid qrupuna aid olan aktara insektisidi yüksək dozasının 5 gün ərzində təsirindən kontrol qrupunda ancaq 35% heyvanlar sağ qalan halda, SMAZ-ın əzələdaxili yeridilməsindən sonra aktara insektisidinin həmin yüksək dozasına və həmin vaxtında məruz qalmış təcrübə qrupunda bütün heyvanlar sağ qalmışdılar (p<0.001). Digər tərəfdən, balıqların aktara insektisidinin subletal dozasına 5 gün ərzində məruz qalmış bütün kontrol qrupu heyvanları sağ qaldığı halda, SMAZ-a qarşı poliklonal anticisimlərin yeridilməsindən sonra insektisidin həmin dozasına və eyni vaxt ərzində məruz qalan təcrübə qrupu bütün heyvanlar qırılmışdır (p<0.001).