Ontogenezin fiziologiyası laboratoriyası

Tel. (+994 12) 4323900  
Faks  
Elektron poçtu agaziyev@bk.ru 
Struktur bölmənin rəhbəri Qaziyev Afiq Qurbanəli oğlu 
İşçilərin ümumi sayı 15 
Əsas fəaliyyət istiqamətləri 

-Ontegenezin ayrı-ayrı mərhələlərini  ekstremal şəraitdə keçirmiş orqanizmlərdə fizioloji funksiyaların formalaşması və  dinamikası

-İnkişafın dinamikasında qeyriəlverişli daxili və xarici mühit amillərinin mənfi təsir effektlərinin təbii bioloji birləşmələrlə (dərman bitkiləri ekstraktları və d. təbii kompozisiyalar) korreksiyası  
Əsas elmi nəticələri

-Ontogenezin müxtəlif mərhələlərində baş beyin sinir hüceyrələrinin aktivlik dərəcələri öyrənilmiş və onların beyin qabığı qatları üzrə funksional kriteriyaları müəyyən edilmişdir.  

-Aşkar edilmişdir ki, beyin qabığının hissi-hərəki mərkəzinin ləngidici neyronlarının funksional yetişkənlik müddəti oyandırıcı neyronlarla müqayisədə gecikir və doğuşdan sonrakı inkişafın 14-15-ci günlərinə təsadüf edir.

-İlk dəfə olaraq baş beyin qabığı local mikro neyron ansamblarında peysmeker əhəmiyyətli neyronlar qrupu aşkar edilmişdir.

-Antenatal inkişafın kritik mərhələlərində ekstremal amillərin (hipoksiya – oksigen aclığı, hipokineziya – hərəkət məhdudluğu və elektromaqnit dalğaları ilə şüalanma) orqanizmin fizioloji funksiyalarının dayanıqlı formalaşma dinamikasına təsirləri öyrənilmişdir.

-Aşkar edilmişdir ki, antenatal (bətndaxili) inkişafın kritik dövrləri müxtəlif mənşəli ekstremal amillərin xroniki təsirinə qarşı seçici reaksiyalarla xarakterizə olunurlar:

a) Bətndaxili inkişafın rüşeym mərhələsinin fiziki-kimyəvi mənşəli ekstremal amillərin təsirinə məruz edilməşi əsasən nəslvermə qabiliyyətinin azalması və dölsüzlüklə nəticələnir;

b) Prenatal ontogenezin dölönü mərhələsində ekstremal amillərin təsirinə məruz edilmiş yeni nəslin sonrakı fərdi inkişafı zamanı yaşamaq qabiliyyətinin zəfləməsi və müxtəlif səviyyəli çatışmazlıqlar təzahür edir;

c) İnkişafın döl dövründə ekstremal amillərin təsirinə məruz edilmiş yeni nəsldə daha çox  sinir sisteminin analitik fəaliyyətində  və davranış heaksiyalarında nöqsanlar aşkar edilir.

d) Bətndaxili inkişafın kritik dövrlərində hipoksiya nəslin ürək fəaliyyətində bərpa olunmayan nöqsanların təzahürünə səbəb olur.