2 saylı şöbə

Tel. (+994 12) 5104253
Faks  
Elektron poçtu depart2@iit.science.az
Struktur bölmənin rəhbəri Texnika üzrə fəlsəfə doktoru Yadigar Nəsib oğlu İmamverdiyev
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  1. İnformasiya təhlükəsizliyinin təmin olunması problemləri;

2. Biometrik texnologiyaların araşdırılması problemləri;

3. Sosial şəbəkələrin aşkarlanması, analizi və idarə olunması problemləri.

Əsas elmi nəticələri - İnformasiya təhlükəsizliyini təmin edən adaptiv sistemlərin elmi-metodoloji əsasları, dəyişən strukturlu xüsusi virtual şəbəkələrin (XVŞ) qurulmasının nəzəri əsasları, XVŞ-də istifadəçilərin paylanmış autentifikasiya sistemlərinin sintez metodları işlənmişdir;

- Korporativ şəbəkələrdə müxtəlif təbiətli təhlükələrə qarşı mübarizədə qərarların qəbul edilməsinin riyazi modelləri təklif olunmuşdur;

- Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün bir sıra metodlar və alqoritmlər işlənmişdir;

- Kompüter şəbəkələrində müdaxilələrin adaptive aşkarlanması sistemlərinin yaradılmasının yeni arxitektur əsasları təklif olunmuşdur;

- Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarında bir sıra ekranlaşdırma modelləri işlənmişdir;

- Korporativ şəbəkələrin layihələndirilməsi mərhələsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün metodlar və alqoritmlər işlənmişdir;

- Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində toplanan fərdi məlumatlar arasında münasibətlərin sosial şəbəkələrlə modelləşdirilməsi üsulları təklif edilmişdir;

- İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi üçün bir sıra metodlar təklif edilmişdir;

- Biometrik şablonların mühafizəsi metodları və saxta biometric nümunələrin aşkarlanması metodları işlənmişdir;

- Multi-biometrik sistemlərdə informasiyanın optimal aqreqasiyası modelləri təklif edilmişdir;

- Biometrik məlumatlardan kriptoqrafik açarların generasiyası metodları təklif edilmişdir;

- E-dövlətin informasiya təhlükəsizliyinin strateji və situasiyalar üzrə idarə edilməsi üçün modellər işlənmişdir;

- Kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və modellər təklif edilmişdir;

- Bulud xidməti provayderlərinə istifadəçi inamının qiymətləndirilməsi və bulud infrastrukturuna yönələn hücumların aşkarlanması üçün metodlar və alqoritmlər işlənmişdir;

- Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sistemi üçün şəbəkə trafikinin klassifikasiyası və klasterizasiyası metodları təklif edilmişdir;

- Şəxsin səsə görə tanınması sistemlərinin sintezi üçün robast əlamətlərin çıxarılması metodları və klassifikasiya məlumatlarının aqreqasiyası metodları təklif edilmişdir.