Azərbacan dilinin tarixi şöbəsi

Tel. (+994 12) 5102056  
Faks  
Elektron poçtu dr_mohsun@yahoo.com
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü Nağısoylu Möhsün Zellabdin oğlu
İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri 

Dil tarixinin inkişaf mərhələlərinin, qədim yazılı abidələrin və ayrı-ayrı klassiklərin dil xüsusiyyətlərinin öyrənilməsi.

1945-ci ildən yaranan şöbədə Azərbaycan ədəbi dilinin tarixi, Azərbaycan dilinin tarixi qrammatikası, Azərbacan dilinin yazılı qaynaqlarının tədqiqi, XIII-XVII əsrlərə aid abidələrin öyrənilməsi istiqamətində elmi araşdırmalar aparılır.

Əsas elmi nəticələri Bir çox qədim yazılı abidələr, bədii mətnlər, o cümlədən ayrı-ayrı dövrlər üzrə klassiklərin dil xüsusuiyyətləri, üslub məsələləri Azərbaycan dili ilə müqayisədə öyrənilmişdur. Sübut olun­muşdur ki, oğuz və qıpçaq dilləri əsasında formalaşmış Azərbaycan ədəbi dili ilkin təşəkkül dövrlərində şifahi, XIII əsrdən sonra yazılı qollar üzrə Azərbaycan xalq dili əsasında inkişaf etmişdir. Bu tədqiqatlar əsasında “Azər­baycan  ədəbi dilinin tarixi” (4 cild), “Azərbaycan dilinin tarixi lüğəti” (4 cild), ““Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”,  “Füzulinin dili” kimi fundamental əsər­lər hazırlanmışdır.