Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Tətbiqi riyaziyyat şöbəsi

Tətbiqi riyaziyyat şöbəsi
Tel. (+994 12 ) 5946173 
Faks  
Elektron poçtu gabil_aliyev@yahoo.com
Struktur bölmənin rəhbəri Fizika-riyaziyyat elmləri doktoru, professor Qabil Qəribxan oğlu Əliyev
İşçilərin ümumi sayı 5
Əsas fəaliyyət istiqamətləri  Şöbənin əsas elmi istiqaməti qeyri – klassik riyazi-fizika problemləri araştırmaları ilə bağlıdır. Şöbədə elmi araşdırmalar üç istiqamətdə aparılir. Birinci problem, struktur elementlər arasinda qarşılıqlı quvvələri nəzərə almaqla, armirlənmiş cisimlərin (kompozitlərin) fiziki-riyazi nəzəriyyəsini yaratmaqla bağlıdır. İkinci problem, polimer və kompozit materiallarda fiziki – kimyəvi xəssələrin dəyişməsini nəzərə almaqla mexanika problemlərini araşdırmaq. Üçüncü isə fiziki mühütlərin, özəlliklə qravitasiyon və elektromaqnit mühütlərin, bərk çisimlərin və mayelərin xəssələrinin dəyişmələrinin qarşılıqlı təsirini nəzərə almaqla, nərəri əsasını yaratmaq.

Tibbi diaqnostikanın riyazi üsulları-kəskin zəhərlənmələrdə tibbi diaqnostikanın riyazi-informasiya texnologiyalarının işlənilməsi, verilənlərin sistemli analizi;

Əsas elmi nəticələri 1-ci problem istiqamətində kompozitin struktur elementləri arasında qarşılıqlı qüvvələrin mexanizmi aşkar edilmişdir, hansı ki kompozit materiallarda yeni mexaniki effektlərin aşkar edilməsinə imkan verir. Armirlənmiş cisimlər və kompozit materiallar mexanikasının dəqiqləşmiş əsaslı hipotezləri təklif olunur. Onların əsasında çoxlaylı armirlənmiş qalınduvarlı borularin və nazikduvarlı örtüklərin möhkəmliyi, dayanıqlığı və rəqsi hərəkətləri nəzəriyyələri yaradılmışdır. Bu əsasda elmi-texniki problem işlənmişdir: lifşəkilli struktur əsasında nazik qeyri metal boruların layihələndirilməsinin nəzəri əsasları və onların tətbiqi.1-ci problem istiqamətində yerinə yetirilmiş elmi və texniki işlərin əsasında 100-dən çox elmi əsər, o cümlədən 7 monoqrafiya (o cümlədən 6-sı xaricdə), dünyanın 8 aparıcı ölkəsinin (ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Yaponiya, İsveş, Hindistan) 17 patent və 30-dan çox müəllivlik şəhadətnaməsi alınmışdır.

2-ci problem istiqametində fiziki-kimyəvi xassələrinin dəyişkənliyi nəzərə alınmaqla, polimer materiallardan hazırlanmış laylı və armirlənmiş konstruksiyaların möhkəmlik nəzəriyyəsi yaradılmışdır. Materıalın fiziki-kimyəvi xassələrinin dəyişməsini nəzərə almaqla, polimerlərin, kompozit materialların, həmçinin polimerləşdirilmiş liflər dəstəsinin fiziki-mexaniki xassələrini öyrənmək üçün eksperimental- nəzəri metod təklif edilmişdir. Bu əsasda polimer materialın fiziki-kimyəvi xassələrinin dəyişkənliyini nəzərə almaqla ümumiləşmiş Huk qanunu təklif edilmişdir; konstruksiya laylarının fiziki-kimyəvi xassələrinin dəyişkənliyini nəzərə almaqla, laylı və çoxlaylı armirlənmiş boruların adqezion möhkəmlik kriteriyası təklif olunmudur; materialların şişmə effektini nəzərə almaqla birölçülü konstruksiya elementlərinin dayaniqlıq kriteriyası təklif edilmişdir. Yeni mexaniki effektlər aşkar edilmişdir: materialın şişmə effektini nəzərə almaqla, polimer materialın kütləvi qüvvələrinin dəyişkənliyi; yalnız materialın şişmə effektinin təsiri altında çubuğun qabarması; bir neçə polimer materialın birgə deformsiyasının layların şişmə xarakterindən asıllığı-mexaniki effekti eksperimental və nəzəri təyin edilmişdir.

2-ci problem istiqametində yerinə yetirilmiş elmi və texniki işlərin əsasında 20-dən çox elmi əsər, o cümlədən 4 monoqrafiya (o cümlədən 2-sı xaricdə – ABŞ-da və Türkiyədə), və 15 məqələ (o cümlədən 5-ı xaricdə: 2-si ABŞ-da, 1-i Russiyada və 2-si Türkiyədə) çap olunmuşdur.

3-cü problem istiqamətində kimyəvi dəyişkən mühitlərdə elektromaqnit xassələrinin dəyişmə mexanizmi öyrənilmişdir. Elektromaqnit xarakteristikalarının (ε, μ, λ) 2 komponentli mayelərin kimyəvi dəyişkənlik xarakterindən riyazi asılılığı müəyyən edilmişdir. Ümumiləşmiş Maksvell tənliyı, yəni kimyəvi dəyişən mühitlərdə elektromaqnit dalğalarının yayılması tənliyi təklif olunmuşdur.

3-cü problem istiqametində yerinə yetirilmiş elmi işlərin əsasında 2 məqələ (o cümlədən 1 xaricdə – Türkiyədə) çap olunmuşdur.

Zəhərlənmə prosesinin tibbi diaqnostikasında zəhərlənmənin dərəcəsini qiymətləndirib müalicə alqoritmini təyin edən riyazi-statistik model, vizuallaşdırıcı qərarqəbuletmə bloklu informasiya sistemi işlənmişdir;